Qulu Məhərrəmli: “Kiril əlifbası ilə yazılan lövhələr hələ də var…”

Qulu MəhərrəmliProfessor: “Rayonlarda kiril əlifbası ilə yazılmış lövhələr hələ də qalmaqdadır”

“Dilçilik İnstitunda yaradılmış “Qaynar xətt” bizim Azərbaycan dilinə münasibətimizi dəyişməlidir”. Xural.com report.az-a istinadən xəbər verir ki, bunu AMEA Dilçilik İnstitunun Monitorinq şöbəsinin müdiri, professor Qulu Məhərrəmli deyib.

O bildirib ki, hər kəs gördüyü, müşahidə etdiyi səhv reklamın, yazının yanından bir vətəndaş kimi keçməməlidir: “Bütün vətəndaşlar ətrafında olan yazılara diqqət yetirməlidir və qüsurlarla bağlı mütəxəssislərə müraciət etməlidir. “Qaynar xətt”ə ciddi yanaşmaq lazımdır. Dili qorumaq ancaq bir qurumun işi deyil, bu, ümummilli məsələdir.

Qaynar xəttə ciddi yanaşmaq lazımdırReklamların dilində qüsurlar var dedikdə ancaq paytaxt anlaşılmamalıdır. Rayonlarda vəziyyət daha bərbaddır. Hətta sovet dövründən qalmış, kiril əlifbası ilə yazılmış lövhələr hələ də qalmaqdadır”.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button