“Quqark”ın tirajı artdı…

seymur baycanSeymur Baycanın “Quqark” adlı kitabı ikinci dəfə nəşr olunub

“Qafqazino”nun məlumatına görə, iki ay əvvəl nəşr olunan kitab oxucular tərəfindən maraqla qarşılandığından Seymur Baycan əsəri ikinci dəfə nəşr etdirmək qərarına gəlib. Yazıçının sayca dördüncü kitabı olan əsər dörd süjet üzərində qurulub. Qarabağ müharibəsi, Sovet imperiyası dağılandan sonra baş verən proseslər, 3-cü ölkədə yaşayan yaradıcı insanın həyatı və sevgi münasibətlərini əks etdirən kitab 410 səhifədən ibarətdir. S. Baycan deyib ki, ilk dəfədir öz əsərində sevgi münasibətlərinə də yer ayırır: “Məhəbbət mövzusu mənim indiyə qədər işləmədiyim mövzudur. Elə bilirdilər mən robotam…”

Kitabın qiyməti 4 manatdır. Oxucular kitabı “Əli və Nino” kitab mağazalarından, Qız qalası yaxınlığında yerləşən kitab mağazasından və Akademik Kitab Mağazasından əldə edə bilərlər.



Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button