Rubrikalar: CƏMİYYƏT KÖŞƏ YAZARLARI XuralTAC

Qürbətdən ucalan səs: “Biz niyə bir ola bilmirik?”

Samir İsgəndər

Ankaradan məxsusən xural.com üçün

”Öz Millətimizin ”Qabaqcıl Adamları” öz xalqı üçün heç nə etməmiş, yalnız onu bir-biri ilə düşmənçilik aparan müxtəlif qruplara bölmüşlər.
İndi bizim xalqımız məhv olur.
Bir tərəfdən xarici düşmən bizi sıxışdırır, digər tərəfdən özümüz özümüzü məhv edirik”

İrşad qəzeti N: 213 – 11 sentyabr 1906

Tam 113 il əvvəl ”İrşad” qəzetində yazılmış bu cümlələr necə də günümüzün reallığını əks etdirir. Aradan 100 ildən çox zaman keçsə də, biz niyə həmin xalq olaraq qalmışıq?
Bəs deyilmi itirdiklərimiz?
Hər kəs birlikdən, bərabərlikdən danışır, hər kəs birlik olmalıyıq, bir olmasaq məhv olacağıq deyir, amma təəssüflər olsun ki, heç bir şəkildə birləşə bilmirik.
Hər kəs bir-birinə tək sualı verir: Axı bizə birləşməyimizdə nə əngəl olur? Biz niyə birlik ola bilmirik?
Bəli, doğru bir sualdır, birləşməyimizə nədir əngəl olan?
Mətləbə keçmədən öncə hər kəsi Cümhuriyətimizin 101 illiyi münasibəti ilə təbrik edir, başda Məhəmməd Əmin Rəsulzadə və bütün Cümhuriyyət qurucularımız daxil olmaqla bu müqəddəs yolda əməyi keçən hər kəsi saygı, sevgi və minnətlə yad edərək Tanrıdan rəhmət diləyirəm.
Mən gördüyüm əngəlləri indi sırası ilə acı da olsa yazım, doğruluğuna sizlər vicdanınızın səsini dinləyərək qərar verin.
İlk öncə dərk edib çoxumuz anlaya bilmirik ki, bizim insanımızdan biri irəli getsə o bizim adımızadır. İləri getmək istəyənə toplanıp kömək etmək əvəzinə, toplanıp tam tərsini edirik. Çünki biz ola bilmirik və biz olmaq yolunda gedənlərə də əngəl olmağa çalışmaq deyəsən bizim canımıza hopubdur.
Hazırda ən çox səsləndirilən fikirlərdən birisi fəal insanların küsməsi və küsdürülməsidir. Küsmələrini isə sadəcə olduqları ölkələrdə diaspora sahəsində səfirliyimizin və bəlli məmurlarımızın ”öz yaxın adamlarına, ən yaxın qohumlarına, dostlarına” dəstək göstərmələrini və yalnızca ”yaxınları ilə görüşüb, onların tədbirlərinə qatılmalarını misal göstərirlər.
Başqa ölkələrdəki vəziyyəti bilmədiyimdən, başqa ölkələrlə bağlı bir şey deyə bilmərəm, amma Türkiyədəki səfirimiz hər kəsə qarşı eyni diqqəti, qayğını göstərdiyini, kimliyindən asılı olmayaraq cənab səfirimizin görüşmək istəyən hər kəslə görüşdüyünü, Azərbaycanla bağlı dəvət olunan bütün tədbirlərə öncədən xəbər edildikdə qatıldığının hamımız şahidi oluruq. Hətta mən əminliklə deyə bilərəm ki, hər hansı bir həmvətənlimizin hansısa şəxsi maraqları çərçivəsində cənab səfirimiz Xəzər İbrahim bəyə kimi isə əsassız yerə pisləməyə çalışdıqda sadəcə gülümsəyərək diqqətə belə almadan deyilənləri elə oradaca unudur.
Hər kəs anlamalıdır ki, kimin qohumu, dostu olmasından, yəni kimliyindən asılı olmayaraq diasporamızın inkişafı üçün kim nələri isə etmək istəyirsə və ya edir isə bizlər ancaq alqışlayaraq dəstək olmaya çalışmalıyıq.
Küsmə məsələsinə gəldikdə isə, küsənlər nələrdənsə və ya kimlərdənsə küsməklə yanlış edir, çünki diaspora fəaliyyəti hansısa şəxslərin fərdi və ya şəxsi işi deyil. Hər kəs sərbəst bir şəkildə məşğul ola bilər. Diaspora fəaliyətinin olduğu ölkələrdə azərbaycanlılar birlik, bərabərlik və həmrəylik içində olaraq, hər şeydən öncə bir-birilərinə göstərdikləri bütün fəaliyyətlərində daha çox uğur qazanılması üçün dəstək olması əsas prinsiplərimizdən olmalıdır.
Diaspora təşkilatları fərdlərin, yəni ”filankəs müəllimlərin” istəklərinə görə deyil, Azərbaycan xalqının və dövlətinin maraqlarına uyğun şəkildə öz fəaliyyətlərini qurmalıdır. Kimlərə isə şirin görünmək üçün bəzi şəxslər tərəfindən diaspora fəallarının qaralanması, ləkələnməsi işlərinə son verilərək birlik və bərabərlik içində şəfaf, xoş görüyə dayalı fəaliyyətlərin qurulması yönündə olan fəaliyətlərə yönəlməlidirlər. Ən bəsitinə diqqət etsəniz görərsiniz ki, erməni diasporası Ermənistandakı hansısa məmura şirin görsənməyə çalışmır, hətta tədbirlərinə çox zaman Ermənistandan heç bir devlət məmurlarını dəvət belə etmirlər. Çünki onların əsas hədəfi olduqları, yəni fəaliyyət göstərdikləri ölkələrdir. Həmçinin içlərindən siyasilər, yazarlar, jurnalistlər və s. yetişdirib olduqları toplumu ələ almaqdır. Bizlərdən fərqli olaraq onlar toplantılarını göstəriş xatirinə kimlərlə isə gözəl şəkillər çəkdirə bilmək üçün də etmirlər.
Həmçinin erməni diasporasının nümayəndələri bizdən fərqli olaraq öz millətlərinin nümayəndələrini sevmir deyə də şəxsi maraqları uğruna hədəf alıp siyasi düşüncəsinə görə ləkələmirlər də.
Bəs bizlər bunu niyə edirik? Ən başda özümüzdən olanları şəxsi maraqlarımız üçün başlayırıq ləkələməyə. Dəyərli həmvətənlərim hansısa şəxsləri sevmirsiniz deyə o şəxsləri, şəxsi maraqlarınız üçün ləkələyərək bu fəaliyyətlərdən uzaq tutmağa çalışma cəhtlərinizdən artıq vaz geçməlisiniz. Kimin isə münasibəti bu gün kimlə isə soyuqdur deyə hansısa tərəfə nəyinsə xatirinə şirin görsənmə cəhdlərindən vaz keçməlisiniz. Çox dəyərli ”ƏLƏKÇİNİN QIL VERƏNLƏRİ” unutmamalıdır ki, bu gün bir-birinə hətta düşmən münasibətində olan şəxslər, sabahın ən yaxın dostları ola bilərlər. Yenidən o şəxslər dost olduqlarında arada məhz siz ”ələkçinin qılverəni” funkusiyasını həyata keçirənlər çox pis vəziyətdə qalacaqsınız. Odur ki, əsla unutmayın, olduğunuz ölkələrdə irəli gedənləri kimlərə isə pisləməklə, şər-böhtan ataraq qara yaxmaqla ancaq özünüzü gözdən salmış olarsınız.
Düşünməyin ki, Türkiyədə Mübariz Mənsimov əleyhinə şər-böhtan dolu, yox, “Mübariz Mənsimov Azərbaycan əleyhinə olan tələbələrə burs verir”, yox, “tələbələrin bursunu ödəyə bilmir” kimi iftiraları dediyinizdə, yazdığınızda və ya Rusyadakı azərbaycanlıları birləşdirmək üçün əlindən gələn hər şeyi edən Fizuli Məmmədova qarşı hansısa iftira, böhtan dolu şeyləri dedikdə sizi alqışlayırlar. Tam tərsi, özünüzü daha da gözdən salmış olursunuz.
Bəli, zamanında Türkiyədəki azərbaycanlıları vahid nöqtədə Mübariz Mansimov birləşdirə bilərdi, amma hansısa naməlum səbəblərdən dolayı bu missyadan boyun qaçırması onun şəxsi qərarıdır. Bizlər isə bu qərara sayqı duyaraq hörmətlə yanaşmalıyıq. Bu, Mübariz Mənsimova “pis adamdır” demək əsasını verməz. Hətta mən əminliklə deyə bilərəm ki, kimsə Türkiyədəki azərbaycanlıları birləşdirmə işinə başlasa ən başda hər şəkildə, həm maddi, həm də mənəvi bu işə dəstək olacaqların ən ön sırasında duranlardan biri də məhz Mübariz Mənsimov olacaqdır.
Həmçinin, bu gün Fizuli Məmmədovun öncə Rusyadakı, sonra isə Türkiyə daxil olmaqla dünyanın fərqli ölkələrində yaşamaqda olan azərbaycanlıları birləşdirmək istəyinə də hörmətlə yanaşmalıyıq. Dəstək vermək istəmiriksə, qısqanclıqla yanaşaraq, ən başda iftiralar ataraq əngəl olmaya çalışmamalıyıq. Hələ-hələ kimlərə isə sırf şirin görsənmək adına əngəlolucu və zərərverici işlər etməkdən birmənalı şəkildə çəkinməliyik.
Bu gün Rusyada azərbaycanlı jurnalist olan Fuad Abbasovun başı əyik qatı cinayətkar kimi aparılaraq görüntülərinin yayılması, qəbul etsəniz də, etməsəniz də Rusyadaki diasporamızın və diasporamızın əsas fəllları olan ziyallılarımızın bu günə qədər olan zəif fəaliyyətinin nəticəsi kimi ortaya çıxmaqdadır. Həmçinin məhs 28 may günü Azərbaycana göndərilməsi də ermənilər tərəfindən verilmiş açıq və çox ciddi bir mesajdır.
Türkiyədə isə bu gün aktiv siyasətdə bizlərdən kimlərinsə olmaması, lakin erməni əsillilərin Baş nazirin müşaviri ola bilməsi, hakim iktidar partiyasından millət vəkili olaraq o partiyanın idarəçilərindən biri kimi əsas komandada yer alması da Türkiyədəki iş adamlarımız və diaspora nümayəndələrimizlə diaspora fəalları olan ziyalılarımızın FƏALİYƏTSİZLİYİNİN nəticəsidir.
Diaspora işində ən önəmli məsələlərdən birisi də Dövlət və Hökümət anlayışının bir-birindən doğru şəkildə ayırd edilməlidir. Dövlətdən heç bir şəkildə dəstək gözləməyərək, əksinə, dövlətçiliyimizə düşmən lobbilər zərər vurmaq istədiyi zaman müstəqil diaspora olaraq, qısa zamanda qarşısını alaraq dövlətə dəstək olmalıdır.
Bizlərin unuttuğu əsas şeylərdən biri də erməni diasporası Ermənistan dövlətinin maddi dəstəyi ilə fəaliyət göstərmir, tam tərsi, həm olduqları ölkələrdə erməni əsillilərin dövlətin içində fərqli vəzifələrə gətirilməsi üçün tam gücləri ilə çalışırlar, həm də Ermənistan dövlətinə hər şəkildə ən başda da çox böyük maddi dəstəklər göstərirlər.
Diaspora sahəsində ən böyük yalnışlarımızdan biri də dövlətdə fərqli yüksək vəzifələrdə olan şəxslərin ”filankəs burada olmasın”, ”filankəsin burada görsənməsi doğru deyil, zərər verər” kimi sözlərinin deyilməsidir. Bu kimi hallar Azərbaycan diasporasının bölünməsi üçün düşmənlər tərəfindən vahid diasporamızı bölməkdə, parçalamaqda, bir – birimizlə savaşdırmaqda istifadə edildiyini artıq anlamalıdır hər bir kəs. Hər bir diaspora fəaliyyəti ilə məşğul olan şəxslərə və təşkilatlara kimliklərindən, siyasi düşüncələrindən asılı olmayaraq eyni səmimiyyətlə münasibət göstərilməlidir.
Həmçinin xaricdə yaşayan həmvətənlilərimiz də anlamalıdır ki, hakimiyətlə dövlət fərqli-fərqli anlayışdır. Kimlərsə müxalifət olaraq mövcud hakimiyyətlə mübarizə aparmaq istəyirsə, bunu gedib ölkənin içində hansısa müxalifət partiyasının içində fəaliyyet göstərərək edə bilər. Xarici ölkələrdə hakimiyyət əleyhinə propoqandalar aparanlar anlamalıdır ki, onlar fərqində olmadan ən böyük ziyanı mənsubu olduğu dövlətinə, xalqına vuraraq, ən başda özlərini gözdən salırlar. Odur ki, bunu nəzərə alaraq hər daim diqqətli hərəkət etməliyik hər birimiz.
Sonda isə fikrimi Cümhuriyətimizin 101 illiyini qeyd etdiyimiz bu günlərdə, Cümhuriyətimizin qurucularını – başda Cümhuriyətimizin banisi Məhəmməd Əmin Rəsulzadə olmaqla əməyi keçən hər kəsi, həmçinin Müasir Azərbaycanımızın da müstəqilliyində böyük əməkləri olan Əbülfəz Elçibəyi və Ümummilli Liderimiz Heydər Əliyevi saygı və sevgi ilə yad edərək Allahdan rəhmət diləyirəm.
İndi hər vətəndaş özünün bacara biləcəyi vəzifə ilə müttəhid bir qüvvət halında hazırlanmalı və hökumətimizin bütün əmrlərinə, bütün qərarlarına riayət edərək bir müdafiə halında gözükməlidir. Biz əminik ki, bu birliklə bugünkü vəziyyətdən biz zərərsiz, xəsarətsiz çıxa bilər və istiqlal tariximizin bugünkü səhifəsini də qurtarıb yolumuzda irəliləyə bilərik.

Sən bizimsən, bizimsən, durduqca bədəndə can,

Yaşa, yaşa, çox yaşa, ey şanlı Azərbaycan!

Məhəmməd Əmin Rəsulzadə

Xural.com

İ.S. Ankaradan yazan soydaşımızın bəzi düşüncələri onun özünə məxsusdur, redaksiyanın mövqeyini əks etdirmir.

Paylaş:

This post was last modified on 28 May 2019 3:39 səhər

Son Əlavələr

  • GÜNDƏM
  • XuralTAC

Beynəlxalq təşkilatlar Azərbaycan Vəkillər Kollegiyasına məktub göndərib

Onlar vəkil Şəhla Hümbətovanın vəkillikdən uzaqlaşdırılmasını pisləyirlər Dörd beynəlxalq təşkilat Azərbaycan Vəkillər Kollegiyasına məktub göndərib. Məktubda noyabrın 27-də vəkil, hüquq…

7 Dekabr 2019
  • GÜNDƏM
  • MƏDƏNİYYƏT
  • XuralTAC

“Quruluş Osman”ın 3-cü bölümü-VİDEO

Xural.com Osmanlı imperiyasının qurucusu Ərtoğrul Qazi oğlu Osmanın dövləti necə qurmasından bəhs edən "Quruluş Osman" filminin 3-cü bölümünü təqdim edir:…

7 Dekabr 2019
  • GÜNDƏM
  • MANŞET
  • XuralTAC

TV Musavatda Əvəz Zeynallı-Bəhruz Quliyev debatı-VİDEO

TV Musavatın "Canlı debat" layihəsində ölkə gündəminin müzakirəsi - parlamentin yenidən formalaşması, növbədənkənar parlament seçkiləri, Yeni Azərbaycan Partiyasının (YAP) qərarı,…

6 Dekabr 2019
  • GÜNDƏM
  • KRİMİNAL
  • XuralTAC

Elmar Vəliyev istintaqa ifadə verməkdən imtina edib

Onun və mühafizəçisinin güllələnməsilə bağlı cinayət işi məhkəməyə göndərildi Gəncənin sabiq icra başçısı Elmar Vəliyev və mühafizəçisi, polis əməkdaşı Qasım…

6 Dekabr 2019
  • CƏMİYYƏT
  • XuralTAC

Milli Məclisin deputatı Yevda Abramov vəfat edib

Milli Məclisin deputatı Yevda Abramov vəfat edib. Xural.com xəbər verir ki, bu barədə "Report"a Milli Məclisin deputatı Vahid Əhmədov məlumat…

6 Dekabr 2019
  • GÜNDƏM
  • XuralTAC

Bratislavada nə baş verib?-Ermənistan müxalifəti izahat tələb edir

Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Bratislavada baş tutan son görüşü Ermənistan müxalifətini şübhələndirib. Xural.com “AzPolitika.info”-ya istinadən xəbər verir ki,…

6 Dekabr 2019
Xural.COM