Qusar bələdiyyəsinin sədri həbs olunub

Qusar rayon bələdiyyəsinin sədri həbs olunub.

Bu barədə bu gün, mayın 16-da Azərbaycan Baş Prokurorluğu məlumat yayıb.

Məlumatda bildirilir ki, Qusar bələdiyyəsinin sədri Əlfəddin İbrahimovun vəzifə səlahiyyətlərini aşmaqla torpaq sahələrini qanunsuz satmasına, bilə-bilə qanunsuz hərəkətlərə görə külli miqdarda rüşvət almasına və vəzifə saxtakarlığı törətməsinə əsaslı şübhələr yaranıb: “Əlfəddin İbrahimov Cinayət Məcəlləsinin 309.2 (vəzifə səlahiyyətlərini aşma ağır nəticələrə səbəb olduqda), 311.3.3 (külli miqdarda rüşvət alma) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilib… Məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib”.

Hələlik, ittihamlara İbrahimov və yaxınlarından münasibət almaq mümkün olmayıb. Həmin ittihamlar üzrə şəxsə 12 ilə qədər həbs cəzası verilə bilər.

Bələdiyyə — qanunla müəyyən edilmiş ərazi hüdudları daxilində yerli özünüidarəetmə formasıdır. Azərbaycanda bələdiyyələr 1999-cu ildən fəaliyyət göstərir. Hazırda ölkədə min 605 bələdiyyə var.

Növbəti bələdiyyə seçkilərinin bu ilin sonlarında keçirilməsi gözlənir.

AzadlıqRadiosu

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button