“Quska”dan keçmiş həmkarlarına sərt ismarıc: “Elton Məmmədov, Cavid Qurbanov və Qüdrət Həsənquliyev kimi “divarzadələr”…”

Köşə kimi status

 

Hüseyn Abdullayev Milli Məclisdəki məşhur qalmaqala bir daha qayıtdı:

“Qarşımda iki həyati önəm daşıyan seçim var idi: ya özümü təsdiq edib mənliyimi və bütün var-dövlətimdən üstün olan adımı qorumaq, ya da nəfsimə təslim olub sürünərək, eyni zamanda öz gözümdən düşərək kölə həyatını davam etmək

 

Bir müddətdir Azərbaycandan kənarda mühacirət həyatı yaşayan Hüseyn Abdullayev facebook statusunda deputat Elton Məmmədovun xaricdə yaşayan soydaşlarımız haqqında “şərəfsiz” sözü işlətməsinə münasibət bildirib. xural.com Hüseyn Abdullayevin statusunu olduğu kimi dərc edir:

 

“Əziz həmvətənlərim!!!
Mən şübhə etmirəm ki, sizlər ölkə daxilində baş verən prosesləri, eləcə də heç bir əxlaq çərçivəsinə sığmayan biabırçılıqları diqqətlə izləyirsiniz. Elə bu baxımdan da hadisələrə detallı fikir bildirməyə ehtiyac görmürəm.
Lakin iki gün öncə sabiq nəqliyyat naziri Ziya Məmmədovun qardaşı və bir vaxtlar güya “millət vəkili” olmuş Elton Məmmədovun başından böyük verdiyi bir açıqlamasına diqqət yetirmənizi xahiş edirəm. Deməli, “adam” xaricdə yaşayan bütün soydaşlarımızı şərəfsiz adlandırır. Hesab edirəm, bu açıqlamanın nə qədər provokativ olub-olmamasından asılı olmayaraq, fikir bildirməliyəm.
Əvvəla, onu deyim ki, öz ana yurdunu tərk etməyə məcbur qalan mühacirlərin şərəfinə şübhəylə baxan insanların nəsli, sülaləsi və var-yoxları şərəfsizdir. İkincisi, ey şərəf lövhəsində ən yuxarıda duran zat, əgər elə cəsarətlisənsə, niyə İlham Əliyev qardaşını “kaznit” (cəzalandırıb) edib alçaldanda və hər şeyini əlindən alanda sənin cınqırın belə çıxmadı?! Yoxsa səsin tutulmuşdu, ay bədbəxt?!
Mən 2007-ci ildə millət vəkili olarkən (yəni Almaniyada deyil, elə Azərbaycanda yaşayarkən) diktator İlham Əliyev hökümətinin yarıtmaz fəaliyyətini üzünə tənqid etdiyimdə, sənin kimi, Cavid Qurbanov və Qüdrət Həsənquliyev kimi “divarzadələr” mənə qarşı çıxıb, parlamentdə mənimlə baglı çağırılmış “fövqaladə iclas”da həbs olunmağımı tələb etdiniz. Məgər mən bilmirdimmi hakimiyyəti tənqid etdiyim üçün həbs ediləcəm? Və yaxud bilmirdimmi ki, mənim də mülkiyyətimə həbs qoyulacaq? Əlbəttə bilirdim, özü də çox yaxşı bilirdim. Amma həmin vaxt qarşımda iki həyati önəm daşıyan seçim var idi. Ya özümü təsdiq edib mənliyimi və bütün var-dövlətimdən üstün olan adımı qorumaq, ya da nəfsimə təslim olub sürünərək, eyni zamanda öz gözümdən düşərək kölə həyatını davam etmək. Onu da tam səmimiyyətimlə qeyd edim ki, çəkdiyim bu əziyyətlərə və bəzən də qəlbimdə acı iz buraxan xatirələrə baxmayaraq, xoşbəxtəm. Çünkü bu günə kimi öz keçmişimdən utanacaq və kiminsə qarşısında xəcalət çəkəcək heç bir addım atmamışam. Və ən əsası ona görə ki, mənsub olduğum və canım qədər sevdiyim Azərbaycan xalqına xəyanət etməmişəm – indiki hakimiyyətdən fərqli olaraq.”

 

Xural.com

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button