Rubrikalar: GÜNDƏM XuralTAC

Rəcəb Tayyib Ərdoğan Prezident İlham Əliyevə zəng edib, Tovuz şəhidinə görə başsağlığı verdi

Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan sentyabrın 22-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib.

Xural.com Azərbaycan Prezidentinin Mətbuat xidmətinə istinadən xəbər verir ki, Türkiyə Prezidenti dünən Ermənistanın təxribatı nəticəsində dövlət sərhəddində Azərbaycan hərbi qulluqçusunun şəhid olması ilə əlaqədar dövlətimizin başçısına və Azərbaycan xalqına başsağlığı verib.

Prezident İlham Əliyev göstərilən diqqətə və başsağlığına görə minnətdarlığını bildirərək Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Türkiyə Prezidenti və Türkiyə xalqının Azərbaycana daim göstərdiyi dəstəyi yüksək qiymətləndirib.

Dövlət başçıları dost və qardaş Türkiyə ilə Azərbaycanın həmişə olduğu kimi, bundan sonra da bir-birinin yanında olacağını vurğulayıblar.

Söhbət zamanı ölkələrimiz arasında ikitərəfli münasibətlərin gələcək inkişafı ilə bağlı məsələlər müzakirə edilib.

Paylaş:

Son Əlavələr

  • GÜNDƏM
  • XuralTAC

Prezident İlham Əliyev xalqa müraciətinin TAM MƏTNİ-VİDEO

Oktyabrın 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev xalqa müraciət edib. Xural.com müraciətin tam mətnini təqdim edir: -Əziz həmvətənlilər. Bir aya…

26 Oktyabr 2020
  • ARAŞDIRMA
  • GÜNDƏM
  • XuralTAC

Yaxın vaxtlarda Ərdoğan və Putin arasında yeni görüş keçirilə bilər – TƏHLİL

İqor Subbotin “Nezavisimaya qazeta”, 22.10.2020   Türkiyə xarici işlər nazirinin müavini Sedat Önalın oktyabrın 22-də Moskvaya səfəri fonu Ankarada Dağlıq…

25 Oktyabr 2020
  • GÜNDƏM
  • XuralTAC

Ərdoğan: “Bu səhər İlham Əliyevlə danışdım”

"Azərbaycanlı qardaşlarımız bu mübarizədən qalib çıxacaqlar". "Qafqazinfo" xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu sözləri Kayseri şəhərində çıxış…

25 Oktyabr 2020
  • GÜNDƏM
  • XuralTAC

Mehriban Əliyeva xalqa çağırış etdi – “Daha diqqətli olaq!”

"Biz bu günədək vaxtında və hərtərəfli düşünülmüş tədbirlər sayəsində dünyanın bir çox ölkələrinin üzləşdiyi faciəli ssenaridən xilas ola bilmişik. Ekspertlərin…

23 Oktyabr 2020
  • GÜNDƏM
  • XuralTAC

Hulusi Akar: “Ermənistan işğal etdiyi əraziləri tərk edəcək – bu qədər sadə”

Türkiyənin müdafiə naziri Hulusi Akar növbəti dəfə Azərbaycanın öz torpaqlarını işğaldan qurtarmaq üçün apardığı mübarizəyə dəstək verib və işğalçı Ermənistana,…

22 Oktyabr 2020
  • GÜNDƏM
  • XuralTAC

Mustafa Şəntop “İmamzada”nı ziyarət edib

Türkiyə Böyük Mİllət Məclisinin sədri Mustafa Şəntop Gəncəyə səfəri zamanı "İmamzada" kompleksində olub. Xural.com xəbər verir ki, bu haqda M.Şəntopun…

22 Oktyabr 2020
Xural.COM