Rədd olsun Van-İrəvan təyyarə xətti!

Ermənilər iddialarından əl çəkmədikləri müddətcə, onlara qapı açmaq olmaz…

Redaksiyamıza Beynəlxalq Diaspora Mərkəzinin bəyanatı daxil olub. Bəyanatda deyilir:

“dunyagazetesi.com.tr” saytının verdiyi xəbərə görə, Ermənistanla Türkiyənin Van vilayəti arasında çarter reysləri açılacaq. Bu xəbər Beynəlxalq Diaspor Mərkəzi (BDM) olaraq bizi hiddətləndirib. Erməni fitnəkarları və onlara dəstək verən bəzi ermənipərəst iş adamları zaman-zaman Türkiyə və Ermənistan arasında dialoq və münasibətləri rəhbər tutaraq Azərbaycanla Türkiyəni qarşı-qarşıya gətirib münasibətləri gərginləşdirmək istəyirlər. Belə addımlardan biri də İğdir Universitetinin rektorunun universitetin nəzdində erməni dili və ədəbiyyatı fakültəsinin açılmasını istəməsi olub. BDM olaraq biz bu fikrə sərt münasibətimizi istər Azərbaycan, istərsə də Türkiyə mətbuatına bildirmişik.

Belə ki, sentyabrın 19-da 3 mindən çox erməni dünyanın müxtəlif yerlərindən Van gölündəki Akdamar adasında yerləşən kilsədə ibadət etməyə gəldikləri vaxt Van Ticarət və Sənaye Palatasının sədri Zahir Kandaşoğlu deyib ki, Vana gələcək erməni qrupunda böyük iş adamları da var. Bunlardan ikisi turizm, biri isə sənaye sahəsində böyük sərmayələri olan ermənilərdir. Onun sözlərinə görə, kilsəni ziyarətdən sonra ABŞ-da böyük iş adamı olan erməni və türk iş adamları ortaq şəkildə bir aviaşirkət qurmaq üçün fəaliyyətə başlayacaq: “100 milyon dollarlıq bu layihəni ABŞ-da olan bir maliyyə qurumu maliyyələşdirəcək. İlkin mərhələdə 2 təyyarə alacağıq və İrəvan və Van arasında iki təyyarə ilə çarter reysləri həyata keçiriləcək”.

Həmçinin lent.az-ın “Anadolu” agentliyinə istinadən verdiyi məlumata görə, “Van Way Airlines” şirkətini sahibi vanlı biznesmen Aslan Bayram ilk uçuşun yanvarın 15-də olacağını bildirərək deyib ki, Türkiyənin Qaziantep, Trabzon, Ankara şəhərlərinə, o cümlədən İranın bir sıra şəhərlərinə uçuşlar həyata keçirməyi planlaşdırırlar: “Ermənistanın paytaxtı İrəvana da uçuş həyata keçirilməsi nəzərdə tutulub”.

Bütün bunlar onu göstərir ki, ermənilər Türkiyəyə qarşı irəli sürdükləri torpaq iddiasını möhkəmlətmək üçün ortaya yeni bir oyun atıblar.

Türkiyənin Prezidenti cənab Abdullah Gül, baş nazir Rəcəb Tayyip Ərdoğan dönə-dönə bildiriblər ki, Dağlıq Qarabağ işğaldan azad olmayana qədər sərhədlərin açılmasından söhbət gedə bilməz.

Beynəlxalq Diaspor Mərkəzi (BDM) olaraq Türkiyə rəhbərliyinə, Türkiyə xalqına, ziyalılara, vətənpərvər insanlara üz tutaraq bir daha bildiririk ki, ermənilər Qərbi Azərbaycan torpaqlarını işğalda tutduqları, İrəvanı Ermənistanın tarixi paytaxtı saydıqları, Ağrı dağını öz simvolları siyahısına saldıqları və soyqırım iddiasından əl çəkmədikləri bir vaxtda hansı quru və hava nəqliyyatının açılmasından söz gedə bilər?

Bir daha Türkiyə xalqına və Qeyri Hökmət təşkilatlarına bu məsələyə laqeyd qalmamalarını, iki qardaş ölkənin münasibətinə xələl gətirəcək hər hansı bir addımın atılmasına imkan verməməyini xahiş edirik.

“Xural” qəzeti
il: 9, sayı: 002(410), 16-22 yanvar 2011-ci il

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button