Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin açıqlaması

RİA-Novosti saytının bloklanmasının səbəbi məlum oldu

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi iyunun 4-də bəyanat yayaraq, RİA-Novosti agentliyinin saytının bloklanmasının səbəbi kimi Azərbaycana qarşı böhtan xarakterli materialların yayılmasını göstərib.

“RİA Novosti “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələblərini pozub, internet-resursda Azərbaycan Respublikasının ərazi bütövlüyünə qarşı, böhtan xarakterli və separatçı meyilləri təşviq edən məlumatlar yayıb”, deyə Nazirliyin məlumatında bildirilir.

Əlaqəli məqalələr

1 şərh

  1. “Yeni Azərbaycan” Partiyasının Veteranlar Şurasının sədri cənab Arif Rəhimzadəyə və sədr müavini Qəhrəmanova Sədaqət Məmmədyar qızına – Şuranın digər üzvlərinə (siyahı üzrə)
    1. Əlizadə Akif Ağamehdi oğlu
    2. Əhmədov Tağı Məhəmməd oğlu
    3. Xanbabayev Şəmsəddin Hüseynqulu oğlu
    4. Fərəcov Ədalət Nurulla oğlu
    5. Quliyev İsgəndər Həsən oğlu
    6. İmamverdiyev Sudeyf Bəşir oğlu
    7. Əliyev Vilayət Hüseyn oğlu
    8. Mehdiyev Ramiz Ənvər oğlu
    9. Seyidzadə Dilarə Bağır qızı
    10. Mahmudov Yaqub Mikayıl oğlu
    11. Nəsirov Məmməd Yahya oğlu
    12. Cəbiyev Rizvan İsrafil oğlu
    13. Əsgərov Şahlar Qaçay oğlu
    14. Xəlilov Zahid Abdulla oğlu
    15. Abasova Adilə Ziyat qızı
    16. Ələkbərov Urxan Kazım oğlu
    17. Məmmədhəsənov Rafiq Musa oğlu
    18. Əliyev Cəmil Əziz oğlu
    19. Mərdanov Misir Cumayıl oğlu
    20. Əliyeva Nurlana Müzəffər qızı
    21. Əzizov İbrahim Vahab oğlu
    22. Əmiraslanov Əhliman Tapdıq oğlu
    23. Cahangirov Asif Baxış oğlu
    24. Qasımzadə Elbay Ənvər oğlu
    25. Həsənov Əli Şamil oğlu
    26. Məmmədov Tahir Tais oğlu
    27. Qocayev Xeyrəddin Sayəddin oğlu
    28. Məmmədov Elman Camal oğlu
    29. Novruzov Vahid Tapdıq oğlu
    30. Rzayev Tahir Musa oğlu
    31. Abutalıbov Hacıbala İbrahim oğlu
    32. Əhmədov Tağı Məhəmməd oğlu
    33. Xanbabayev Şəmsəddin Hüseynqulu oğlu
    Azərbaycanda yaşayan milli azlığın nümayəndəsi, Rus icmasının üzvü – milliyyətcə rus olan 80 yaşlı SSRİ Hərbi Dəniz Qüvvələrinin keçmiş zabiti 1-ci dərəcəli kapitanın dul qadını Burlaçuk Qalina Aleksandrovna tərəfindən MÜRACİƏT Hörmətli Sədr,cənab Rəhimzadə Arif Qafar oğlu – mən bu müraciətimi Sizə ünvanlayanda Azərbaycanda xalq arasında yayılmış bir Atalar sözünün doğru və yaxud yanlış olmasını anlamaq istədim. Həmin Atalar sözündə deyilir ki, “Allahsız yerdə otur, böyüksüz yerdə oturma”, ona görə azərbaycanda el adətini nəzərə alıb Sizə bu müraciəti zərurə hüsab etdim . Hörmətli Arif müəllim, Sizin çoxillik həyat təcrübəsinə malik insansınız və “Yeni Azərbaycan” Partiyasının yaranmasında böyük rolunuz olmuşdur. Sizdən xahiş edirəm mənə kömək edəsiniz, çünki 15 ildən bəri mənim hüquqi müstəvidə apardığım və məhkəmə, hüquq mühafizə və ədliyyə orqanı işçilərinin 80 yaşlı tənha rus qadınına qarşı apardığı “kubik-rubik” oyununun təşkilatçıları o qədər möhkəm söz sahibidirlərki , mən Azərbaycan Respublikası Konstitusiyası çərçivəsində onlarla mübarizə işində aciz və koməksiz bir fiziki fərdəm. Qısaca Sizlərə hadisələrin dinamikası barədə məlumat vermək istərdim: Mən 1984-cü ildən Bakııda yaşayıram.Mərhum həyat yoldaşımla birlikdə SSRİ-nin Şimal donanmasında hərbi xidmət illəri ərəfəsində qazandığımız və topladığımız pulu ərim rəhmətə gedəndən( həyat yoldaşım 1991-ci ildə Bakıda evində naməlum şəraitdə odlu silahdan açılan güllə yarasından olmüşdü) sonra Rusiya Federasiyasında yaşayan 2-ci dərəcəli ömürlük əlil oğluma ev almaq məqsədilə Azərbaycan banklarından birinə yerləşdirmək qərarına gəldim. Tanışlarım mənə bu işdə məşhur ziyalı -İldrımzadə ailəsinə məxsus olan və etibarlilığı bankın idarə heyətinin sədri Yunis İldrımzadənin hüquq mühafizə orqanlarında yüksək vəzifədə çalışan qardaşının və onun qohumlarının gücü ilə himayə olunan “ Əmrahbank”ı məsləhət bildilər və mən onların məsləhətini nəzərə alaraq 2006-2008 illər ərəfəsində həmin bankın Nəsimi filialına müqavilələr əsasında depozitlər yerləşdirdim. . Bankın filialına yerləşdirdiyim depozitlərim dələduzluq yolu ilə filialın keçmiş müdürü Əli Məhərrəmov və xəzinadarı İkram Eyvazov tərəfindən mənimsənilməsinə baxmayaraq Əmrahbankın rəhbərliyi 2008-ci ildən2012-ci ilə qədər müddətdə mənim depozitlərimi qaytarmaqdan imtina etdilər. Mənim hüüquqi nümayəndəm bank tərəfindən ələ alındı və 2012-ci ildə Nəsimi Rayon Polis İdarəsinə xəbərim olmadan mənim adımdan qondarma şikayət ərizəsi göndərildi. 2 il sonra qəflətən Xətai məhkəməsində aşkar olundu ki, Nəsimi Polisinin müstəntiqi tərəfindən aparılan yoxlama materialları saxtalaşdırılaraq adımdan saxta sənədlər tərtib edərək saxta faks mətni düzəldilərək materiallara əlavə edilərək yalançıq “hüquqi əfsanə” yaratdılar ki, guya mən Rusiya Federasiyasındayam və heç kimə şikayətim yoxdur və Əmrahbank güya mənim depozitlərimi özümə qaytarmışdır. Mənimpolisdə aparılan yoxlamadanxəbərimolmamışdı. Polisə ərizənimənimxəbərimvə icazəmolmadanicraedən şəxsbankhadisələrinə qədər əvvəllərpolisorqanlarınınzabitiolmuş sonradanhəminorqandannüqativ əməllərinə görə xaricedilmiş şəxstərəfindənicraedilmişdir. Həmin şəxssonradanistintaqvə məhkəmə prosesində Əmrahbankınmüdafiəçisiqismində mənəqarşı ifadə verən şahidə çevrilsə də Bakı AğırCinayətlərMəhkəməsində məhkəmə prossesində yalanifadə verməsinihissedərəkcinayəttəqibinə cəlb ediləcəyindən çəkinərək öz əvvəlkiifadələrindənimtinaetməkməcburiyyətində qalsadaməhkəmə onaqarşı heç birqanunitədbirgörməkniyyətində olmamışdı, çünkiməhkəmə Əmrahbankındiqtəsiilə işləyirdi. 2013-cü ildə mən Əmrahbanka qarşı iddia ilə Xətai Məhkəməsinə müraciət etdim. Aparılan məhkəmə iclası zamanı Əmrahbankın işçiləri saxtalaşdırılmış sənədləri məhkəməyə təqdim etməklə məni dələduzluqda günahkar hesab etmək cəhdi göstərdilər , .lakin bu addım uğursuz oldu və alınmadı . Hakim Nəsimi Polisində 2012-ci ildə aparılan saxta yoxlamada günahkar şəxsləri müəyyən etmək üçün “ Xüsüsi Qərardaq” qəbul edərək Baş Prokurluğa göndərsə də Əmrahbankın poqonlu himayədar qohumları bu günə kimi həmin “Xüsusi Qərardad”ın icrasını prokurorluq orqanında araşdırılmasının təmin edilməsinə imkan vermədilər və bu məsələ açıq qaldı. Xətai məhkəməsi mənim depozitlərimin və onlardan hesablanan faizlərin özümə qaytarılması barədə 2014-cü ildə Qərardad qəbul etsə də, bank həmin Qərardadı icra etməkdən imtina edərək havadarlarının köməyi ilə məhkəmənin yuxarı instansiyasında qalib gələcəklərinə əmin olaraq apellyasiya şikayəti verdi bu məsələ 2014-2017-ci illər ərəfəsində 3 dəfə Bakı Apellyasiya Məhkəməsində və 3 dəfə Ali Məhkəmədə Əmrahbankın apellyasiya şikayəti əsasında baxılma predmeti olmuş və nəticədə 2017-ci ildə Ali Məhkəmə Əmrahbankın baş himayədarının gücünə tab gətirə bilməyərək Xətai rayon Məhkəməsinin 2014-cü il tarixli depozitlərimin qaytarılması barədə çıxardığı Qətnaməni ləğv edərək öz qərarında göstərmişdir ki, məhkəmə zamanı Əmrahbankın keçmiş filal müdürü Əli Məhərrəmov barəsində qanuni qüvvəyə minmiş məhkəmə hökmü olmadığı üçün Əmrahbank mənim qarşımda öhdəlik daşımamalıdır. Məsələ ilə əlaqədar Konstitusiya Məhkəməsinə müraciət etməli oldum, təssüf ki, Konstitusiya Məhkəməsində də Əmrahbankın himayədarları qalib gəldilər və mənə rədd cavabı verildi.Bundan sonra mən dələduzlara qarşı cinayət təqibi aparılması üçün ədaləti bərpa etmək istəsəm də Əmrahbank öz dələduz əməkdaşlarını müdafiə edərək 2015-ci ildə Nəsimi rayon prokurorluğunun mənim depozitlərimin mənimsənilməsi faktı üzrə başladığı cinayət işinin icrasını nə az nə çox 2019-cu ilin sentyabrına kimi yubatmağa nail oldu. Baş Prokuror yanında Korrupsiyaya Qarşı Baş Mübarizə İdarəsi Əmrahbankın himayədarlarının təzyiqi və tapşırığı altında cinayət işini Nəsimi prokurorluğundan alaraq qanunsuz əsaslarla işin icraatını dayandırmış və cinayət işinin istintaqını teatr səhnəsinə çevirmişdi. İstintaq zamanı prokurorluğun baş müstəntiqi Mehman Hümbətov saxta izahatlar alaraq işə əlavə edərək cinayət işinin icraatını dayandırılması barədə qərar qəbul etmişdir ki, guya bankın idarə heyətinin sədri Yunis İldrımzadənin göstərişi ilə mənə 2012-ci ildə bankın kassasından depozitlərim ödənilmişdir. Şahid kimi bu işdə prokurorluq yuxarıda qeyd etdiyim keçmiş polis zabiti Mehdi Əhmədov adlı şəxsin ifadələrinə əsaslanmışdır. Həmin müstəntiq mənim vəkilimi işlə tanış olmağa qadağan etdi, bu barədə çoxsaylı şikayətlərimə baxılmırdı. Bir neçə dəfə cəhd edildi ki, məni psixi xəstə qismində ekspertizaya göndərsinlər, müstəntiq bilərəkdən mənə iş üzrə qəbul etdiyi qərarı verməkdən imtina edirdi, Baş prokuror Z. Qaralova və Dövlət rəhbərliyinə ünvanladığım ərizə və şikayətlərə baxılmırdı. Müstəntiqə sual verəndə ki, bəs mənim pul almağım barədə qəbzləri və yaxud imzalarımı o göstərə bilərmi o dyiyidi ki, bu istintaq sirridir və məni təhrik edirdi ki. get “ Allaha şikayət et, onsuz da heç nə edə bilməycəksən”. Nəhayət məcbur oldum ki, milli mənsubiyyətim üzrə mənə kömək göstərilməsi üçün Rus İcmasının rəhbərliyinə müraciət edim. Dəfələrlə və davamlı olaraq mənim 2018-2019-cu illərdə polisdə baş verən saxtalaşdırılma faktı üzrə şəxsən Azərbaycan Respublikası Daxili İşlər Nazirinə ünvanladığım şikayət ərizələri orada qeydiyyata alınsa da müraciətlərimə əhəmiyyət verilmir və onlar baxılması üçün güya prokurorluğa yönəldilirdi, orada isə həmin şikayətlər arxivə göndərilirdi. Vəziyyətin belə cərəyan etməsini nəzərə alaraq 2019-cu ildə Rusiya Federasiyasının “xaricdə yaşayan rusiya həmvətənlərinə dəstək və onların hüquqlarının müdafiəsi Fonduna” müraciət etməli oldum və həmin Fondun Milli Məclisin sədr müavini xanım B. Muradovaya yazılı münasibətindən sonra cinayət işi təzələndi və istintaq gedişi zamanı Əmrahbankın keçmiş filial müdürü Ə. Məhərrəmov və xəzinadar İ. Eyvazov həbs edildilər. Materiallar Bakı Ağır Cinayətlər məhkəməsinə verildi və bilirsiz bundan sonra bu məhkəmədə nələr baş verdi? Əmrahbankın keşikdə duraraq işi və məhkəmə prosesinin ritmlərini idarə edən himayədarlarının göstərişi ilə məhkəmə istintaqı 2020-ci ilin mart ayında başladı və sadə bir prosessi hakim Azər Paşayevin süni surətdə uzadılaraq 27 məhkəmə iclasında baxmaqla 2021-ci ilin 08 fevralında başa çatdırdı. Məhkəmə hokum ilə ağır cinayət törədən xəzinadar İ. Eyvazov azadlıqdan məhrum olma cəzasından azad olundu, filial müdürü Ə. Məhərrəmova isə 7 il cəza kəsilsə də hakim Azər Paşayevin məhkəmə prossesində düzəltdiyi” hüquqi teatr” nəticəsində cinayətkarın apellyasiya instansiyasında cəzaçəkmədən azad olunması üçün münbit mühit hazırlandı. Məhkəmə mənim banka qarşı iddiama baxılması məsələsini baxılmadı , yenə də Əmrahbankın himayədarları bankı məsuliyyətdən azad etməyə nail ola bildilər.Məhkəmə hökmündə göstərilirdi ki, mənə dəyən ziyanı xəzinadar İ. Eyvazov və baş cinayətkar Ə. Məhərrəmov tərəfindən müştərək qaydada ödənilməlidir. Sonra görün nə oldu?Bakı Apellyasiya Məhkəməsinin hakimi Elmar Rəhimov bir azda qabağa gedərək Əmrahbankın və cinayətkarların tərəfinə keçdi və məhkəmə qətnaməsi dəyişdirdi. Cinayət törədilməsindən qanunda nəzərdə tutulan 12 il müddətin küçməsini əsas tutaraq Əli Məhərrəmov məhkəmə zalından azadlığa buraxıldı , cinayətkarların müştərək qaydada maddi məsuliyyət daşıması ləğv edildi, mənim banka qarşı apellyasiya şikayətim təmin olunmadı . Beləliklə mən yenə qapı arxasına salındım. Hazırda qanuni qüvvəyə minmiş Məhkəmə Hokum olsada 22.10.2022 ildən məhkəmə qərarı icraya göndərilsə də mənə Əli Məhərrəmov tərəfindən ödəniləcək məbləğin ödənilməsi istiqamətində icra məmurları tərəfindən heç bir real tədbir görülmür və bu istiqamətdə mənim aidiyyatı orqanlara müraciətlərimə baxılmır, sanki Əmrahbankın rəsmiləri və cinayətkar ünsürlər mənim 80 yaşımı nəzərə alaraq bir biri ilə danışıqlar nəticəsində mənim həyat resursumun bitməsini gözləyirlər, ancaq Allahın hökmünü bilmək olmaz , dəyişən dünyada heç kim özünə arxayın olmasın və belə hesab edirəm ki, ədalətin bərpası ən doğru yoldu. Mənim 2022 –ci ilin mart ayında Azərbaycan Respublikası Milli Məclisinin 117 deputatına hər birinə adbaad elektron qaydada fərdi müraciətlərim baxılmadı bu günə kimi hər hansı deputat və yaxud da onun köməkçisi məsələ ilə əlaqədar müraciətimə nə şifahi.nə yazılı nə də ki electron cavab verməyi özü üçün məqsədəmüvafiq hesab etməmişdir, bu hal bir daha onu sübut edir ki, Əmrahbankın himayədarları qanunverici orqanın deputatlarından daha çox qüvvə və gücə malikdirlər , çünki belə olmasa idi illər boyu ardıcıl olaraq mənə qarşı edilmiş ədalətsizliklərə və baş verən qanunsuzluqlara və özlərinin iştrakı ilə qəbul etdikləri qanunların pozulmasına deputatlar, komitə sədrləri biganə qalmazdılar! Şəxsi fikrim olaraq belə bir qənaətə gəlirəm ki, 15 il ərzində tənha, rus milliyyətindən olan 80 yaşlı qadına qarşı hüquqi müstəvidə qanunlarla manipuliyasiyalar və törədilən qeyd etdiyimədalətsiz hərəkətlər SSRİ qağılandan sonra Qarabağda baş vermiş traqiq hadisələr fonunda rus qadınına qarşı anti-azərbaycan və antimilli insanların yol verdiyi bir cavab jestdir?! . Hörmətli Arif müəllim, 15 il müddətində mənim başıma gətirilən Əmrahbankın rəsmilərinin və onların poqonlu himayədarlarının hokum ilə , daxili işlər orqaninın və prokurluğunun müstəntiq heyətinin, habelə məhkəmə hakimlərinin iş üzrə düzəltiyi ağlasığmaz “pantomima teatr” səhnələri bird daha onu sübut etdi ki, mən həyatımın sonuna kimi depozitlərimi cinayətkarlardan geri almağa nail ola bilməyəcəm. Müraciətimdə qeyd edilən insanlar birliyinin imkan və şəraiti mənə əsas verir ki, hesab edim ki, Əmrahbankın dələduzlarının mənimsədiyi depozitlərimin özümə qaytarılması üçün Respublikanın Prezidenti İlham Əliyev cənablarını iradəsi və şəxsi göstərişi olmalıdır . Əks halda ömrümün axırına kimi mənə o pulları qaytaran olmayacaq. Hesab edirəm ki, Siz “Yeni Azərbaycan” Partiyasının Veteranlar Şurasının rəhbəri kimi məsələnin Azərbaycan Respublikası Prezidenti İlham Əliyev cənablarına məruzə olunmasını və bununla da 15 ildən bəri milli azlığın nümayəndəsi olan rus qadınına qarşı edilən ədalətsizliklərə son qoyulmasına nail ola biləcək bir ağsaqqalsınız. Hörmətli Arif mülləm, Əminəm ki, Atalar sözündə qeyd edilən fikirin döğruluğu öz təstiqini tapacaq və mənim səsim “ Yeni Azərbaycan “Partiyasının veteranları tərəfindən eşidiləcəkdir və barəmdə edilən qanunsuzluğa son qoyulacaqdır, əks halda mən son zərurət olaraq məcburam ki, Rusiya Federasiyasının Konstitusiyasının 69.3 . maddəsinin tələblərinə əsasən milli mənsubiyyətim üzrə RF-nın müvafiq rəhbərliyindən məsələnin həlli üçün diplomatik kanallar üzrə kömək diləyəm. Mən Azərbaycan Respublikası vətəndaşı olaraq bunu etmək istəməzdim və bu arzuolunmazdır. Məlumat üçün bildirirəm ki, baş vermiş hadisələrin xronologiyası üzrə dəfələrlə Respublikanın mətbuat səhifələrində tənqidi məqalə və informasiyalar çap edilsə də oliqarxik qüvvələr heç kimdən çəkinmədən mənə qarşı öz qanunsuz iddialarını davam etdirərək özlərinə sərf edən nəticələri əldə edirlər. Qoşma : Məhkəmə Qərarı vərəqdə. Yeni Azərbaycan Partiyasının rəhbərliyinə və Sizə böyük ümüdlə və hörmətlə , zərərçəkmiş şəxs Azərbaycan Respublikasının vətəndaşı Burlaçuk Qalina Aleksandrovna. əlaqə 0503773985 . Ünvan Xətai r-n M. Hadi küç . 2942a məhəllə, ev3, mən23

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Bunu da oxuyun
Close
Back to top button