“Rəsmi Bakı Rusiyaya qarşı etiraz bəyanatı verməlidir” –Ekspert

Elxan Şahinoğlu

“Mən anlayıram ki, Azərbaycan Rusiya ilə münasibətləri gərginləşdirməməli, nə qədər mümkündürsə tərəfdaşlıq münasibətlərini davam etdirməlidir. Ancaq bu o demək deyil ki, rusiyalı rəsmilərin hər anti-türk açıqlamasına səbr nümayiş etdirməliyik”.

Strateq.az xəbər verir ki, bunu siyasi məsələlər üzrə ekspert Elxan Şahinoğlu deyib.

Onun sözlərinə görə, Rusiyanın xarici işlər naziri Sergey Lavrov bu gün artıq necənci dəfədir ki, Dağlıq Qarabağ münaqişəsinin həllində Türkiyəni hədələyib, Ankaranın açıqlamalarını təxribatçı adlandırıb:

“Lavrov heç şübhəsiz Ankaranın “biz Azərbaycanın ərazi bütövlüyünü və Bakının işğala son qoymaq siyasətini dəstəkləyirik” ifadəsini nəzərdə tutur. Daha öncə isə Rusiyanın baş naziri Dmitri Medvedyev də Türkiyəni nəzərdə tutaraq “cəbhə bölgəsindəki münaqişəni üçüncü qüvvə qızışdırıb” demişdi. Bu da ağ yalandır.

Fikrimcə, Lavrov İrəvanı tərk etməmiş Azərbaycanın Xarici İşlər Nazirliyinin xüsusi bəyanatla çıxış etməsinə ehtiyac var. Yaxşı, qoy bəlli səbəblərdən, bu bəyanatda Rusiya xarici işlər nazirinin adı çəkilməsin, ancaq onun təxribatçı fikirlərinə etiraz olaraq heç olmazsa bu cümlə yer alsın: “Ankaranın Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlliki mövqeyini Bakı təqdir edir”.

Bu bəyanat olmasa, belə çıxacaq ki, biz rusiyalı rəsmilərin Dağlıq Qarabağla bağlı Türkiyənin aşağılamalarına etiraz etmirik. Əslində isə, bu, Rusiya və ya Türkiyinən məsələsinə deyil, tam bizim məsələdir”.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button