Rəsulzadənin məzarına diqqət!..

rəsulzadənin məzarı “Azərbaycan dövləti özünü 1918-ci ildə qurulan ADC-nin varisi elan edibsə, Rəsulzadəyə ögey münasibət göstərməməlidir”

MQP Siyasi Şurasının növbəti toplantısı keçirilib. Toplantıda ölkədəki siyasi durum, partiyanın Demokratiya Uğrunda İttifaqda fəaliyyəti, MQP başqanı Vüqar Bəyturanın Türkiyə səfərinin nəticələri və cari məsələlər müzakirə edilib. MQP liderinin Türkiyə səfərinin nəticələrini qənaətbəxş qiymətləndirəm MQP Siyasi Şurası Vüqar Bəyturanın təklifi ilə Azərbaycan Demokratik Cumhuriyyətinin banilərindən olan Məmmədəmin Rəsulzadənin Əsri qəbristanlığındakı məzarının durumu ilə bağlı Azərbaycan Respublikasının Prezidentinə və Müsavat Partiyasının başqanı İsa Qəmbərə müraciət ünvanlayıb. Dövlət başçısına müraciətdə deyilir: “Azərbaycanın istiqlaliyyət qazanmasında və ADC-nin qurulmasında müstəsna rolu olan bir dövlət adamının məzarının öz ölkəsinə köçürülməsi ilə bağlı qərarın verilməsi Azərbaycan dövlətinin öz tarixi şəxsiyyətlərinə sahib çıxma nümunəsi ola bilər. Bu gün Azərbaycan torpağında əbədi uyumaq haqqı Azərbaycanı canından çox sevən bir liderin haqqıdır. Qardaş Türkiyənin Əsri qəbristanlığındakı məzarına da təəssüf olsun ki, Azərbaycan dövlətinin diqqəti hiss olunmur. Azərbaycan dövləti özünü 1918-ci ildə qurulan ADC-nin varisi elan edibsə, Rəsulzadəyə ögey münasibət göstərməməlidir”.
Müsavat başqanı İsa Qəmbərə müraciətdə isə Müsavat rəhbərliyi Rəsulzadə irsinə iddia edən bir qurum olaraq məzarın bugünkü durumu ilə maraqlanmağa dəvət olunur. MQP Siyasi Şurası ilk Müsavat başqanının məzarının durumunun Rəsulzadə şəxsiyyətinə yaraşmadığını İsa Qəmbərin diqqətinə çatdırıb.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button