Rəcəb Tayyib Ərdoğan, seldən zərər çəkən bölgələrə səfər edib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, seldən zərər çəkən bölgələrə səfəri çərçivəsində, Kastamonunun Bozkurt bölgəsində olub.

Türkiyə KİV xəbər verir ki, Ərdoğan, yerli əhaliyə müraciət edib. Sitat: “Hamımıza keçmiş olsun. Ölənlərə Allahdan rəhmət diləyirəm, yaxınlarına və xalqımıza başsağlığı verirəm. Bartında itkin düşən 1 şəxsin axtarışları davam etdirilir. Yaralananlara şəfa diləyirəm. Ölkəmizin cənubunda meşə yanğınları yaşadıq, şimalda isə sel fəlakətləri ilə üz-üzəyik. Fəlakətin ilk anlarından, xalqımızla birlikdəyik. Bu əməliyyatlarda çalışan bütün qardaşlarımızın, əsgərlər və polislərin alnından öpürəm, onlara təşəkkür edirəm. Biz, nə lazımdırsa, edirik və edəcəyik “. Sitatın sonu

Onun sözlərinə görə, 4 760 personal, 19 helikopter, 1 Pilotsuz Uçuş Aparatı, 66 təcili yardım maşını, 630 xidməti nəqliyyat vasitəsi və digər vasitələr, selin nəticələrinin aradan qaldırılması ilə bağlı əməliyyatlara cəlb olunub. Türkiyə prezidenti, Kastamonu, Bartın və Sinop şəhərlərini fəlakət zonası elan edib.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button