Rəna Mehralıyevanın səbr kasası daşdı: “Daha bəsdir, susdum yetər!”

Vətəndaş Cəmiyyəti fəalı haray çəkir: “Canlı yayında Prezidentə müraciət edib çox şeyləri  – hər kəsi adbaad çəkməklə yol verdikləri qanunsuzluqlarla bağlı məndə olan məlumatları açıqlayacağam!”

 

Sabirabad rayon sakini, ictimai fəal Rəna Mehralıyeva rayonun səlahiyyətli vəzifə sahiblərindən şikayət edir. Onun sözlərinə görə, uzun illərdir ki, yaşadığı rayonda torpaq növbəsində durmasına baxmayaraq, bələdiyyənin tələb etdiyi pulu ödəyə bilmədiyi üçün ona torpaq sahəsi ayrılmır. Xural.com xəbər verir ki, Rəna Mehralıyeva bu haqda özünün facebook səhifəsində yazıb: “Bu yaşa kimi ağlım kəsəndən kimsəni şəxsim adına narahat etməmişəm. Hər zaman susmuşam. Haqqım olanı da tələb etməmişəm ki, birdən deyərlər “sabirabadlılar şikayət etməz!” və ailəmin adına xələl gələr. Amma məncə daha bəsdir. 18 ildir torpaq növbəsindəyəm. Bu günə kimi ala bilmirəm. İki övladımı 19 kvadrat metrlik mənzildə böyütmüşəm. Övladlarımı cəmiyyət üçün yararlı – savadlı, tərbiyəli, ağıllı böyütmüşəm. Bunu hər kəs bilir. Hər kəs onu da bilir ki, mənim iki balamdan başqa qiymətli bir şeyim yoxdur. Bu gün artıq o bir otaqlı evim də yoxdur. Araşdıra bilərlər. Əgər sabah 22 yaşlı oğlumu evləndirsəm, biz küçədə qalmalı olacağıq.

İkinci qrup əliləm, onkoloji xəstə, yüksək şəkər xəstəsi halımla dəfələrlə müvafiq orqanlara müraciət etmişəm. Lakin pulum yoxdur deyə Sabirabad məmurları mənə ev tikmək üçün torpaq sahəsi vermirlər. Mənə təsir edən odur ki, Azərbaycanda türk vətəndaşı Petek Dinçözə villa tikmək üçün torpağı peşkəş edirlər, amma vətəndaşın qeydinə qalmırlar. Lütfən müraciətimi ictimailəşdirərək, haqqımızı almaqda mənə və iki övladıma kömək edin.

And içirəm, əgər bir həftə ərzində bu müraciətim yenə də cavabsız qalarsa, buradan canlı yayıma qoşularaq cənab Prezidentə müraciət edib çox şeyləri  – hər kəsi adbaad çəkməklə yol verdikləri qanunsuzluqlarla bağlı məndə olan məlumatları açıqlayacağam. Sabirabad camaatının bilmədiyi bir çox şeyləri də açıqlayacağam.

Daha bəsdir, susdum yetər!”

Xural.com

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button