Rəsul Cəfərova hökm oxundu

resul ceferov 116.04.2015

Hüquq müdafiəçisi 6 il 6 ay müddətinə azadlıqdan məhrum edildi

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rasim Sadıqovun sədrliyi ilə keçirilən prosesdə hüquq müdafiəçisi Rəsul Cəfərova hökm oxunub. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə hüquq müdafiəçisi Rəsul Cəfərov 6 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. O, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək. Rəsul Cəfərov hökmü siyasi sifariş hesab etdiyini və ittihamların saxta olduğunu deyib.

Qeyd edək ki, dövlət ittihamçısı R.Cəfərovun 9 il azadlıqdan məhrum olunmasını istəmişdi.

 Rəsul Cəfərov 2014-cü il avqustun 2-də həbs edilib və ona qarşı Cinayət Məcəlləsinin 192 (qanunsuz sahibkarlıq), 213 (vergidən yayınma) və 308(vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri üzrə ittiham irəli sürülüb. Dekabrın 12-də Rəsul Cəfərova qarşı CM-nin 179.3.2(mənimsəmə) və 313(vəzifə saxtakarlığı) maddələri üzrə əlavə ittihamlar irəli sürülüb. Yerli və beynəlxalq ictimaiyyət Rəsul Cəfərova qarşı ittihamların saxta olduğu, onun hüquq müdafiəçisi kimi fəaliyyətinə görə siyasi sifarişlə həbs olunduğu qənaətindədir.

«Amnesty International» təşkilatı onu «vicdan məhbusu» kimi tanıyıb.

XuralTAC

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button