Rəsul Cəfərovun apellyasiya şikayətinə baxılacaq
Hüquq müdafiəçisi Rəsul Cəfərovun barəsindəki hökmdən verilmiş apellyasiya şikayəti üzrə işə 12 iyun saat 10.30-da Bakı Apellyasiya Məhkəməsində baxılacaq. xural.com bizimyol.info-ya istinadən xəbər verir ki, apellyasiya şikayəti hakim Həsən Əhmədovun sədrlik etdiyi cinayət kollegiyasının icraatına verilib.
Rəsul Cəfərov 2014-cü il avqustun 2-də həbs edilib. Ona qarşı Cinayət Məcəlləsinin 192 (qanunsuz sahibkarlıq), 213 (vergidən yayınma) və 308(vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri üzrə ittiham irəli sürülüb. Dekabrın 12-də Rəsul Cəfərova qarşı CM-nin 179.3.2 (mənimsəmə) və 313 (vəzifə saxtakarlığı) maddələri üzrə əlavə ittihamlar irəli sürülüb. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə R. Cəfərov 6 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
“Amnesty International” təşkilatı onu “vicdan məhbusu” kimi tanıyıb.