Rəsul Quliyevin Bakıdakı 1 nömrəli adamı həbs olunub! – 2 milyonluq əmlakı əlindən alınıb

Eks-spiker Rəsul Quliyevin yaxın dostu və Bakıdakı ən sadiq adamı Fərəməz Cavadov həbs olunub. Bu barədə “AzPolitika”ya F.Cavadova yaxın mənbələrdən məlumat daxil olub. F.Cavadov barəsində Xətai Rayon Məhkəməsində həbs-qətimkan tədbiri seçilib.

Feremez cBizə verilən məlumata görə, Rəsul Quliyevin Bakıdakı 1 nömrəli adamı mülk mübahisəsinə görə həbsə atılıb. Mübahisənin təfərrüatları tam bəlli deyil. Lakin deyilənə görə söhbət özgəyə məxsus, təxminən, 400 min manatın mənimsənilməsindən gedir. Xeyli vaxtdır məhkəmələrdə araşdırılan bu iş F.Cavadovun həbsi və onun Nobel prospektində, “Nargilə” kafesinin yaxınlığında yerləşən bir neçə milyonluq obyektinin əlindən alınması ilə nəticələnib. Siyasətlə maraqlananlar söhbətin hansı obyektdən getdiyini xatırlayarlar. Vaxtilə qaynar siyasi hərəkatın məkanlarından biri olan və bir neçə hektar qiymətli ərazidə yerləşən bu obyektin hətta Rəsul Quliyevin özünə məxsus olduğu haqda da iddialar olub. Hazırda üzərində bir neçə tikili – 2 və 3 mərtəbəli binalar və bir neçə avtotəmir sexi olan ərazinin yeni sahibinin kimliyi məlum deyil.

Xatırladaq ki, F.Cavadov vaxtilə Rəsul Quliyevin direktoru olduğu neftayırma zavodunda işləyib, o vaxtdan aralarında dostluq münasibətləri yaranıb. R.Quliyev Azərbaycanı tərk etdikdən bir müddət sonra F.Cavadov da işindən uzaqlaşdırılıb. Eks-spiker ADP-yə həmsədr seçiləndən sonra F.Cavadov bu partiyanın Xətai Rayon Təşkilatına rəhbərlik etməyə başlayıb. bu fəaliyyətinə görə F.Cavadov 2000-ci illərin əvvəllərində də həbs olunmuşdu.

F.Cavadovun indiki həbsində siyasi motivin olduğu istisna olunur. Lakin maraqlıdır ki, 400 min manatlıq borc qarşılığında F.Cavadovun əlindən alınan mülkün qiyməti azı 2 milyon manat təşkil edir.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button