Rahat Əliyevin «Xaç Qayınatası»…

«Xural» Qazaxıstan prezidenti Nursultan Nazarbayevin Qazaxıstanda «Bir nömrəli dövlət düşməni» elan edilən kürəkəni Rahat Əliyevin

«XAÇ QAYINATASI»

kitabının dərcinə başlayır…

* Nazarbayev Qazaxıstan respublikasının ilk müstəqillik ilində ilk 1 milyon ABŞ dollarını necə qazandı?
* Qazaxıstan prezidenti ölkədə rüşvət piramidasını necə qurdu?
* Əvvəlcə milyonlar… sonra onlarla milyonlar… nəhayət, yüzlərlə milyonlar necə toplanmağa başladı?
* Qazaxıstan Ədliyyə Nazirliyinin 0442 saylı qərarı ilə qeydiyyata alınan «Qazaxıstanın İqtisadi və Sosial İnkişaf Fondu» hansı məqsədlərlə quruldu və onlara kimlər başçılıq etdi?
* Nursultan Nazarbayev niyə özünü Kunayevə oxşatmaq istəyirdi?
* Qazaxıstan Konstitusiyasının qadağan etməsinə baxmayaraq, Nursultan necə türk vətəndaşı oldu?
* Qazaxıstan sultanı Turqut Özalın öldüyü gün kürəkənini otağına çağırıb ona nə verdi?
* Nursultan Nazarbayev Almatını Astanaya niyə dəyişdi?
* O, azadlıqdan və nümayişlərdən, azadlıqsevər Almatıdan niyə qorxurdu?
* Nursultan Nazarbayevin ən çox sevdiyi xobbisi nə idi və nədir?
* Almatını paytaxt kimi Astanaya dəyişməyin arxasında Nazarbayevin hansı ehtirasları dayanırdı?
* Prezident seçkiləri necə saxtalaşdırıldı?
* Nazarbayev dövlət başçılarına niyə rüşvət paylayırdı?
* Kürəkəni Nazarbayevin səsini diktofona necə yazdı?
* Rahat Əliyevi «Xaç Qayınatası»ndan incik salan nə olmuşdu?
* Qazaxıstan prezidentinin təlxəkləri nə işlərlə məşğuldur?

Bu kitab Orta Asiyanın və dünyanın ən nəhəng ölkələrindən birinin yuxarı eşalonunda baş verən dəhşətləri gözlər önünə sərir. Prezidentin kürəkəni onun gizlin bir tərəfini belə saxlamayıb. Bank hesabları, alınan və verilən rüşvətlər, şəhərlərin və paytaxtların dəyişdirilməsinin səbəbləri və daha nələr… nələr… Başınızın tükləri dimdik duracaq!!! Diktatorluqların hamısında baş verən ümumi xarakterik cizgilər hamınızı yerinizdən dik fırladacaq!!!

Bəli, «Xural» Azəərbaycan mətbuatının tarixində tarix yazmağa davam edir!..
Siz bizi izləyin… Biz sizə Nursultan Nazarbayein kürəkəninin Qazaxıstan dəhşətlərindən bəhs olunan «Xaç Qayınatası» əsərini təqdim edəcəyik…

XuralTAC

Əlaqəli məqalələr

1 şərh

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button