Rahim Qazıyev Arif Hacılıya cavab yazdı-MƏTN

“Xural” qəzetinin internet variantı olan “xural.com” saytının 4 aprel 2017-ci il tarixli sayında Arif Hacılının Füzuli rayonunun hələ 1993-cü ilin aprel ayının əvvəlində real işğal olunma təhlükəsinin yarandığı barədəki yazısını oxudum. Həmin yazıda A.Hacılı, guya aprelin 4-də Milli Məclisin liftində mənimlə görüşdüyü barədə də bir xatırlamanı qeyd edib. Mən Arif Hacılıya məsləhət görərdim ki, belə ciddi tarixi məqamlardan xatirələr yazanda diqqətli olsun, nəyinsə xatirinə, ümumiyyətlə mütləq mənada olmayan görüşdaən yazıb, həmin xatırlamanın digər məqamlarının doğruluğuna oxucularda şübhə yaratmasın.

4 aprel 1993-cü il tarixində mən ümumiyyətlə, Baki şəhərində olmadığım üçün Arif Hacılı ilə nə liftdə, nə də ki, başqa məkanda görüşə bilməzdim. Həmin 4 aprel 1993-cü il tarixini mən çox yaxşı xatırlayıram. Yəqin ki, həmin tarixi Arif Hacılının əbədi yol yoldaşı Pənah Hüseyn də unutmuş deyil. Həmin tarixdə Pənah Hüseyn mənim olduğum Şəki şəhərinə, ev telefonuma üç-dörd dəfə telefon açıb, məndən təkidlə, təcili Baki şəhərinə qayıtmağımı xahiş edib. Arif Hacılının yazılarında mənim barəmdə bilərəkdən, ya da ki, unutqanlıqdan yalnışdığa yol verməsı bir neçə dəfə təkrarlanıb. Müsavat kimi bir partiyanın başqanına tarixi məqamlardan sənədli xatirələr yazanda, zəlzələdən, ya da vəlvələdən təhriflərə yol verməsini başqanlıq adına yaraşdırmıram!..

Hörmətli oxucular ilk baxışda iradımın yazının ümumi məzmunu üçün o qədər də əhəmiyyətli olmadığını düşünə bilərlər. Lakin məsələ bir xeyli fərqlidir. Ən azı ona görə ki, həmin tarixdə Füzulinin işğal olunmamasının əsas səbəbı İsa Qəmbərin və Arif Hacılının həmin rayona getmələri deyil. O zaman Füzulinin işğal olunmaması, Pənah Hüseynin mənə telefon açaraq, mənim təcili Bakıya qayıtmağımı istəməsi və sonra da P.Hüseynin, Abbas Abbasovun və mənim birlikdə etdiyimiz zəruri səfərin, həmin səfər zamanı yüksək səviyyədə baş tutan görüşün nəticəsində olub.

 

Səmimiyyətlə,

Rəhim Qaziyev

 

Xural.com

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button