Rahim Qazıyevdən Ayaz Mütəllibova sərt cavablar:  “Çevriliş edəcəkdik!”-VİDEO

“Azadlıq salnaməsi”ndə Rahim Qazıyev Azərbaycanın ilk prezidenti Ayaz Mütəllibovun “Qaynar Qazan”a verdiyi müsahibəsinə cavab verir…

Azərbaycanın ilk prezidenti Ayaz Mütəllibovun “Qaynar Qazan”a verdiyi tarixi müsahibə rezonansa səbəb oldu. Fəaliyyəti boyunca ən uzun müsahibəni “Qaynar Qazan”a verən Ayaz Mütəllibovun səsləndirdiyi bəzi faktlar ölkə ictimaiyyətinin ən müxtəlif təbəqələrində maraqlı reaksiyaya səbəb oldu. Bəzi insanlar cavab vermək üçün müraciət etdilər. Bunların sırasında bir çoxları ilə bərabər, AXC hökumətinin sabiq Baş naziri Pənah Hüseyn və sabiq Müdafiə naziri Rahim Qazıyev də vardı. Biz həm Pənah bəyin, həm də Rahim bəyin cavab haqlarını dərhal təmin etdik. Həm Rahim Qazıyevdən, həm də Pənah Hüseyndən Ayaz Mütəllibovun səsləndirdiyi iddia-ittihamlara cavab aldıq və etiraf etməliyəm ki, həm Pənah Hüseynin, həm də Rahim Qazıyevin cavabları olduqca maraqlı oldu. Güman etmək olar ki, Ayaz Mütəllibov onların dediklərinə geniş cavablar verəcək. Çünki istər Pənah Hüseyn, istərsə də Rahim Qazıyev Ayaz Mütəllibova verdikləri cavablarda çox ciddi və yeni faktlara toxunub, yeni ittihamlar səsləndiriblər. Cavablar dövrün mahiyyətini açmaqda tamaşaçılara kömək edəcək.

Əslində, Ayaz Mütəllibovun müsahibəsindən dərhal sonra olunan müraciətlər daha çox idi. Amma müsahibə tam bitəndən sonra bəzi dostlarımızdan səs çıxmadı – ola bilər, Mütəllibovun müsahibəsinin davamı onların ilkin qənaətlərini dəyişmişdi. Rahim Qazıyev və Pənah Hüseyn isə dediklərinin üzərində dayanıb cavab verdilər. Burada bir haşiyəyə çıxmamaq olmur. Belə ki, Rahim Qazıyev, elə Pənah Hüseyn də Ayaz Mütəllibovla bir dəyirmi masa ətrafında söhbətləşməyin daha doğru olacağını düşündülər. Xüsusilə, Rahim Qazıyev israrla debat təklif etdi və təklifinin Ayaz Mütəllibova şəxsən çatdırılmasını xahiş etdi. Biz də öz növbəmizdə hörmətli Ayaz Mütəllibova Rahim Qazıyevin debat təklifini çatdırdıq. Amma təəəsüf ki, bu təklif alınmadı. Ona görə də həm Pənah Hüseyndən, həm də Rahim Qazıyevdən ayrı ayrılıqda müsahibə götürməli olduq.

Rahim Qazıyevin saat yarımlıq müsahibəsində çoxlu məqamlar var. Təbii ki, burada da qısa zamanda almaq istədiyimiz cavablar uzandı və hələ toxunmadığımız mövzular qaldı. Güman edirik ki, bu, Ayaz müəllimlə ehtimal olunan debatlara giriş üçün yetərlidir. Yəqin yaxın zamanlarda o dövrün sirrləri ilə bağlı daha ciddi və sensasion debatlar təşkil edə biləcəyik.

Hələliksə, Azərbaycanın ilk prezidenti Ayaz Mütəllibovun “Qaynar Qazan”a verdiyi müsahibədəki iddia və ittihamlarına keçmiş Müdafiə naziri Rahim Qazıyev cavab verir.

Əvəz Zeynallı,

“Azadlıq salnaməsi”

 

Xural.com

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button