Ramazan ayında İmamzadə ziyarətgahında iftar süfrəsi açıldı – Foto/Video


Müqəddəs Ramazan ayında Gəncədə, İmamzadə ziyarətgahında I Vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü və dəstəyilə Gəncə dindarlarına iftar süfrəsi açılıb.

“Bu rəhmət ayında rəhm edən Allah adıyla mərasimdə iştirak edən dindar qardaşlarıma, bacılarıma, ata və analarıma İmamzadə ziyarətgahında dua edərək deyirəm, Allah tutduğunuz orucları, etdiyiniz ibadətləri qəbul eləsin”, – deyən İmamzadə ziyarətgahının mütəvəllisi Hacı Tahir Abbaszadə bildirib ki, “Bu gün biz bu müqəddəs süfrədə bir yerə toplaşmışıq. Bu süfrənin təşkil edilməsini Azərbaycan Respublikasının birinci xanımı, gəncəli qızı Mehriban xanım Əliyeva təşkil etmişdir. Və sizlər onun dəvətilə onun açdığı bu müqəddəs süfrə başındasınız. Mən şəhərin ruhanisi kimi sizlərin adınızdan, şəhərimiz adından Mehriban xanım Əliyevaya və Heydər Əliyev Fonduna təşəkkür edirəm ki, bu gün milli, dini dəyərlərimizə bu cür yüksək dəyər vermişlər. Bu gün respublikamızın 15 rayonunda iftar süfrələri verilir.

Bunu edən Azərbaycan respublikasının Birinci xanımı, bir daha deyirəm, peyğəmbər ailəsinə məxsus olan seyid qızı, bir ay bundan öncə İmamzadə ziyarətgahını ziyarət edən Mehriban xanım Əliyevadır. Onun İmamzadə ziyarətgahını ziyarətindən sonra biz buradakı dəyişiklikləri görürük. Mərasim zalına soyuducuların qoyulması, ziyarətgahda dam örtüyünün bağlanması, çil-çıraqların yenilənməsi və eyni zamanda dindarlarımız üçün Mıərasim zalının qapılarının açılması İmamzadədə yüksək səviyyədə tədbirlərin keçirilməsini Mehriban xanım tövsiyyə etmişdir. Və bu gün hamımız bilirik ki, Ramazan ayının ağır günləridir ki, bütün İslam aləminin ali rəhbəri, əhli-beyt aparıcısı Həsən əl-Hüseyn atası, peyğəmbərimizin damadı, xanım Fatimeyi-Zəhra yarı Həzrəti Əli ibn Talıbın yaralı günüdür. Şəhadətinin ön günüdür. Və bu gün biz bu mərasimdə Həzrəti ibn Səlamın bizim hmımızın anamızın mərasiminkeçirilməsi və bu münasibətlə burada süfrənin açılması əhli-beytçi olaraq, imamçı olaraq, əliçi olaraq, Heydər-Kərrarçı olaraq dövlət başçımıza və xanımına təşəkkür edirik ki, külli aləmə ərzə bəyan eləyir, biz əhli-beytçiyik, biz əliçiyik, biz rəsullullahın burada davamçılarıyıq. Gəncə əhli-beytçilərin mərkəzidir. Bu imamzadə də müqəddəs məkandır ki, əhli-beytin burada Zeynəbiyyə və Hüseyniyyəsi fəaliyyət göstərir. Bu İmamzadə bir məktəbdir ki, İslamiyyətin ilk ilində Gəncə şəhərinə ərəb yarımadasından gələn bir qonaq – 5-ci imamın oğlunun qəbri-məzarı buradadır. Və biz gəncəlilər, qonaqpərvər, qədirbilən gəncəlilər 1400 ildir. Öz atamızın-babamızın məzarından belə artıq o məzarı qoruyub, saxlamışıq. Əhli-beytə sədaqətimizi göstərmişik. Bura gələn insanlarımız, oruc tutanlarıız bu sədaqəti göstərib və dövlətimizin başçısı və Azərbaycan nüstəqil dövləti Gəncə İmamzadə ziyarətgahını təmir etdirməklə, bu Mərasim zalını təşkil etməklə, ucalan minarələri Gəncə camaatına hədiyyə etməklə, İmamzadəni bərpa etməklə, Hüseyniyyə, Zeynəbiyyə, İmam Hüseyn Meydanı yaratmaqla üstümüzə şimaldan və başqa yerlərdən gələn qara bayraqlı süpürgəsaqqalların qabağına Əli məktəbini, Heydər məktəbini, Kərrar məktəbini qoymuşlar.Mən bir daha bu mərasimi təşkil edən Xanımımıza təşəkkür eləyirəm. Bununla Birinci xanımın, gəncəli qızının, xanım Fatimeyi-Zəhra balasının, seyid övlasının xidməti bitibmi? Xeyr. Gəncədə Cümadi-qəssab pirinin təmir olunması, xanım Zeynəb məscidinin tikilməsi, Şamaxı məscidi, Bibiheybət, Mərdəkan məscidi, Buzovna məscidi və neçə-neçə belə müqəddəs məkanlarımız Birinci xanım tərəfindən insanlarımıza tikilib, hədiyyə edilmişdir.”

İmamzadə ziyarətgahının mütəvəllisi Hacı Tahir Abbaszadə onu da qeyd edib ki, “İmamzadə ziyarətgahının Mərasim zalında 500 adama iftar süfrəsi verilib. Bundan əlavə Uşaq Evinə, Qocalar Evinə yemək göndərilib. Yaşlılara, qocalara, xəstələrə də yardımlar edilib. Bunların hamısı I Vitse-prezidentMehriban Əliyevanın təşəbbüsü ilə həyata keçirilib. Biz gəncəlilər və ümumiyyətlə bütün azərbaycan dindarları bunu dəfələrlə görüblər ki, bu gün respublikamızın 15 bölgəsində Mehriban xanım tərəfindən minlərlə insan üçün iftar süfrəsi verilir. Biz seyid qızına, peyğəmbər övladına dövlət rəhbərimizin yanında daim onunla birlikdə Vətənə, millətə xidmət edən xnımımıza təşəkkür eləyirik.”

Gəncə şəhəri, Heydər Əliyev Fondu tərəfindən tikilən Həzrəti-Zeynəb məscidinin icma sədri Hacı Rahilə xanım mərasimdən sonra deyib ki, bir oruca bir qurma və su verərsən onun müqabilində axirətin yazılar: “Bu süfrəni bizim üçün açan Mehriban xanım Əliyevanı Allah yerin-göyün bəlasından hifz eləsin. Balalarının mürvətini görsün. Onun bizim üçün tikdiyi məsciddə gecə-gündüz dindar və ruhani xanımlar ona və prezidentimizə dualar oxuyurlar. Gecələr Heydər Əliyevin ruhuna dualar oxuyur və onun adına ehsan süfrələri açırıq. Gün o gün olsun ki, Ali Baş komandanımız üçrəngli bayrağımızı Qarabağda assın. Düşmən əlində dağıan Şuşa məscidi Mehriban xanım tərəfindən yenidən tikilsin və o məsciddə qarabağ azanı verilsin. Gün o gün olsun ki, vaxt olsun Mehriban xanım bir də Gəncəyə gələndə bizi yada salsın, Həzrəti Zeynəb məscidinə də qədəm bassın.”

Gəncə şəhər Şahsevənlər məscidinin imamı Hacı Etibar Məmmədov çıxışında əmin olduğunu bildirib ki, bir gün mütləq haqq öz yerini tapacaq və bu cür iftar süfrələri işğal altında qalan Qarabağ torpağında da açılacaq.

Diniu Qurumlarla iş üzrə Dövlət Komitəsinin Gəncə bölgəsi üzrə şöbə müdiri Asif Əliyevin sözlərinə görə, İslamda Ramazan ayı bərəkət ayıdır: “Bu ay 11 ayın sultanı hesab edilir. H.Əliyev Fondu tərəfindən təşkil edilmiş ehsan süfrəsi həqiqətən də şəhər ictimaiyyəti ilə, ibadətlə məşğul olan dindar insanların vəhdətidir. Həqiqətən də bu kimi tədbirlərin keçirilməsi, iftar süfrələrinin intensiv təşkil olunması çox məqsədəuyğun hesab edilir və bu kimi tədbirlər son dövrlərdə, xüsusilə bu ilin Ramazan ayında artıq neçənci mərasimdir ki, İmamzada ziyarətgahının Mərasim zalında təşkil edilir. Və bu günkü mərasim də ən yüksək səviyyədə təşkil olundu. Məraimdə 500-dən artıq insan iştirak etdi. Bu işdə əlbəttə ki, Qafqaz müsəlmanları Ruhani İdarəsinin bölgə üzrə səlahiyyətli nümayəndəsi Hacı Tahir Abbasovun da  təşkiltçılığını yüksək qiymətləndirmək lazımdır”.

Mərasimdə Gəncə şəhər dindar və ruhanilərilə yanaşı şəhərin məsul döclət rəsmiləri də iştirak ediblər.

xural.com

 

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button