Ramazan ayının 19-cu günü: imsak, iftar vaxtı və dua

Bu gün mübarək Ramazan ayının 19-cu günüdür. Qafqaz Müsəlmanları İdarəsinin təqviminə görə, mayın 13-də imsak vaxtı saat 03:41-dək, iftar vaxtı isə 20:03-dədir.

Günün duası: “İlahi, Ramazan ayında olan bərəkətlərdən mənim qismətimi artıq et! Bu ayda xeyir əməllərin yolunu mənim üçün asanlaşdır! Və bu ayda olan yaxşı əməllərin qəbul olmasından məni məhrum etmə! Ey açıq-aşkar haqqın tərəfinə Yol Göstərən!”

İftar duası: “Allahım, Sənin rizan üçün oruc tutdum, Sənə inandım, Sənə güvəndim. Sənin ruzinlə iftar açır və Sənə təvəkkül edirəm. Ey bağışlayan Allah, orucumu qəbul et, günahlarımı bağışla”.

Allah orucunuzu qəbul etsin.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button