Ramazan ayının 21-ci günü: imsak, iftar vaxtı və dua

Bu gün mübarək Ramazan ayının 21-ci günüdür. Qafqaz Müsəlmanları İdarəsinin təqviminə görə, mayın 15-də imsak vaxtı saat 03:38-dək, iftar vaxtı isə 20:05-dədir.

Günün duası: “İlahi, bu ayda Sənin rizanı qazanmaq üçün mənə yol göstər! Şeytanın məni azdırması üçün yol qoyma. Cənnəti mənim üçün mənzil və dinclik yeri qərar ver. Ey möhtac olanların ehtiyacını ödəyən Allah!”

İftar duası: “Allahım, Sənin rizan üçün oruc tutdum, Sənə inandım, Sənə güvəndim. Sənin ruzinlə iftar açır və Sənə təvəkkül edirəm. Ey bağışlayan Allah, orucumu qəbul et, günahlarımı bağışla”.

Allah orucunuzu qəbul etsin!

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button