Ramazan ayının 24-cü günü: imsak, iftar vaxtı və dua

Bu gün mübarək Ramazan ayının 24-cü günüdür. Qafqaz Müsəlmanları İdarəsinin təqviminə görə, mayın 18-də imsak vaxtı saat 03:34-dək, iftar vaxtı isə 20:08-dədir.

Günün duası: “İlahi, bu ayda Səndən Səni razı salacaq şeyləri diləyirəm. Səni incidəcək şeylərdən Sənə pənah gətirirəm. Bu ayda məni Sənə itaət etməyə, Sənə asilik etməməyə müvəffəq etməyini diləyirəm, ey diləyənlərə səxavət göstərən Allah!”

İftar duası: “Allahım, Sənin rizan üçün oruc tutdum, Sənə inandım, Sənə güvəndim. Sənin ruzinlə iftar açır və Sənə təvəkkül edirəm. Ey bağışlayan Allah, orucumu qəbul et, günahlarımı bağışla”.

Allah orucunuzu qəbul etsin.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button