Ramazan ayının 8-ci günü: imsak, iftar vaxtı və dua

Bu gün mübarək Ramazan ayının 8-ci günüdür. Qafqaz Müsəlmanları İdarəsinin təqviminə görə, mayın 2-də imsak vaxtı saat 03:58-dək, iftar vaxtı isə 19:52-dədir.

8-ci günün duası: “İlahi, bu ayda mənə yetimlərə münasibətdə mərhəmətli olmağı, çörək verməyi, sülhpərvər olmağı, hörmətli adamlarla oturub-durmağı qismət elə, Öz qüdrətin sayəsində, ey ümid edənlərin Pənahı!”

İftar duası: “Allahım, Sənin rizan üçün oruc tutdum, Sənə inandım, Sənə güvəndim. Sənin ruzinlə iftar açır və Sənə təvəkkül edirəm. Ey bağışlayan Allah, orucumu qəbul et, günahlarımı bağışla”.

Allah orucunuzu qəbul etsin.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button