
Ramazan ayının 9-cu günü: imsak, iftar vaxtı və dua
Bu gün mübarək Ramazan ayının 9-cu günüdür. Qafqaz Müsəlmanları İdarəsinin təqviminə görə, mayın 3-də imsak vaxtı saat 03:57-dək, iftar vaxtı isə 19:53-dədir.
9-cu günün duası: “İlahi, bu ayda mənə Öz geniş mərhəmətindən pay ver, Öz açıq-aşkar dəlil-sübutlarınla yol göstər, Səni razı salacaq bütün şeylərə doğru məni apar, Öz məhəbbətin xatirinə, ey arzusu olanların Pənahı!”
İftar duası: “Allahım, Sənin rizan üçün oruc tutdum, Sənə inandım, Sənə güvəndim. Sənin ruzinlə iftar açır və Sənə təvəkkül edirəm. Ey bağışlayan Allah, orucumu qəbul et, günahlarımı bağışla”.
Allah orucunuzu qəbul etsin.