Rubrikalar: GÜNDƏM XuralTAC

Ramil Usubov vəkili döyən polisləri cəzalandırdı – Rəis müavini istemdən qovuldu

Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsində vəkil Orxan Kəngərlini döyən polislər işdən çıxarılıb.

“Report” xəbər verir ki, bunu vəkil Anar Qasımlı bildirib.

Belə ki, Daxili İşlər naziri, general-polkovnik Ramil Usubovun 7 iyun tarixli əmri ilə Binəqədi RPİ-nin 4-cü PŞ-nin rəis müavini Yalçın Yaqubov daxili işlər orqanlarından xaric edilib, təhqiqatçı Elnur Rəşidov isə vəzifədən azad olunub. Nazirin digər əmri ilə əməliyyatçı və sahə müvəkilinə isə töhmət və xidmətə yararsızlıq intizam məluliyyətinə cəlb etmə tətbiq edilib.

Qeyd edək ki, Vəkillər Kollegiyasının üzvü Orxan Kəngərlinin Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsində fiziki təzyiqə məruz qalması ilə bağlı məlumat yaymışdı. Lakin Daxili İşlər Nazirliyi məlumatın yalan olduğunu, vəkilin polis şöbəsinin normal iş rejimini pozmasına görə barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu (xırda xuliqanlıq) maddəsi ilə inzibati protokol tərtib olunaraq baxılması üçün rayon məhkəməsinə göndərildiyini açıqlamışdı.

Paylaş:

Share

Son Əlavələr

“Siyasət meydanı”-002-də hansı mövzulardan danışıldı-VİDEO

Xural TV-nin layihəsi olan "Siyasət meydanı" verilişinin 2-ci hissəsi bu gün (dünən-red.) - 25 iyun 2019-cu ildə canlı yayında efirə…

26 İyun 2019 3:03 səhər

Fuad Abbasov Bakıda milli qəhrəman kimi qarşılandı, ilk açıqlamasını verdi – foto, video

Musavat.com xəbər verir ki, jurnalist Fuad Abbasov nəhayət, hava limanından çıxıb. Tərəfdarları və qohumları onu milli qəhrəman kimi qarşılayıblar. Azərbaycan bayraqları…

26 İyun 2019 2:51 səhər

Sabiq nazirlərin milyonçu balaları-BU PULLAR KİMİNDİR?!

Sabiq kənd təsərrüfatı naziri İsmət Abbasovun oğlu Yunis Abbasovun Londonda böyük mal-mülkünün üzə çıxması haqda ötən həftə yazmışdıq. Bu günlərdə…

25 İyun 2019 2:23 axşam

Ayətullahın 97 milyard dolları təhlükədə

Xəbər verildiyi kimi ABŞ Prezidenti Donald Tramp İrana qarşı yeni və daha sərt sanksiyaları imzaladığını açıqlayıb. Bu dəfəki sanksiyalar paketində hədəfə alınanlar…

25 İyun 2019 1:59 axşam

Şirməmməd Hüseynovla vida mərasimi keçirilib-FOTOLAR

Bakı Dövlət Universitetində (BDU) Azərbaycanın görkəmli alimi və mətbuat tədqiqatçısı, Ali Media Mükafatı laureatı, Prezident təqaüdçüsü, BDU-nun mətbuat tarixi və…

25 İyun 2019 1:47 axşam

Kamal Abdulla məhkəmə yağışına məruz qalıb-REKTORA QARŞI ƏN AZI 3 İDDİA VAR!

55 ilini Dillər Universitetinə verən Elmira Baxışəliyeva... Kamal Abdulla sanki məhkəmə yağışına düşüb. Rektoru olduğu Dillər Universitetinin ən azı 3…

25 İyun 2019 1:20 axşam
Xural.COM