Ramil Usubovdan kadr dəyişikliyi

ramil Usubovİşdən azad edilənlərdən biri jurnalist İdrak Abbasovun döyülməsilə bağlı aparılan istintaqa rəhbərlik edib 
Daxili İşlər Nazirliyində yeni kadr dəyişikliyi həyata keçirilib.  
azvision.az  xəbər verir ki, daxili işlər naziri, general-polkovnik Ramil Usubovun əmri ilə Biləsuvar rayon polis idarəsinin rəisi, polkovnik Saleh Abdullayev işdən azad edilərək sərəncama göndərilib. 
 
Bundan başqa DİN-nin Baş İstintaq və Təhqiqat İdarəsinin rəis müavini, polkovnik Habil Əlişanov da yaş həddi ilə əlaqədar təqaüdə göndərilib. Onun yerinə həmin idarənin şöbə rəisi Teymur Hacıyev təyin olunub.

Xatırladaq ki, hələ 2014-cü ilin oktyabrında daxili İşlər naziri Ramil Usubovun keçirdiyi geniştərkibli iclasdan sonra 11 polis rəisinə töhmət elan edilmişdi. Onlardan biri də  Biləsuvar rayon polisinin rəisi Saleh Haley oğlu Abdullayev idi. İclasda  Ramil Usubov bəzi polis idarə və şöbələrinin fəaliyyətindən razı qalmadığını ən sərt şəkildə ifadə etmiş, daha sonra işinin öhdəsindən layiqincə gəlməyənlər barədə əmr imzalamışdı.

DİN-nin Baş İstintaq və Təhqiqat İdarəsinin rəis müavini, polkovnik Habil Əlişanova gəlincə isə o, jurnalist İdrak Abbasovun ARDNŞ əməkdaşları tərəfindən Sulutəpə ərazisində, öz evinin yanında ölümcül döyülməsi faktını araşdırıb. İstintaqın aparıldığı bir ildən sonra məsələyə münasibət bildirən İ.Abbasov onu qərəzlilikdə ittiham edib: “Mən və vəkilim dəfələrlə döyülməyimlə bağlı cinayət işinin Cinayət Məcəlləsinin 163-cü maddəsi ilə və ya ayrıqda başlanılmasını, yaxud bu işə əlavə edilməsi barədə istintaq qarşısında vəsatət qaldırmışıq. Amma bizim vəsatətlərə cavab verilmir”, – deyə İ.Abbasov qeyd edib.

XuralTAC

 

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button