Ramil Usubovun manıs sevgisi

Anar Mahmudoğlu

 Elvin Hüseynov adlı yenicə bıçaqlanıb xəstəxanaya yerləşdirilən fotoqraf yalan açıqlamaları ilə əhalini çaşdırıb. Gah deyir məni Samir Cavadzadə adlı müğənni bıçaqlayıb, gah da deyir ki, yox canım, özüm-özümə ehtiyatsızlıqdan xətər yetirmişəm və bunda kimsənin günahı yoxdur.

İnsan «ehtiyatsızlıq» edib bıçaqla əlini kəsər, qolunu cızar, uzaq başı, əlindən salıb ayağını zədələyə bilər. Ancaq bir insanın «ehtiyatsız» davranaraq bıçağı boynunun dalına soxduğunu və komaya düşdüyünü birinci dəfədir eşidirəm.

Samir Cavadzadənin açıqlamaları da fotoqraf dostundan fərqlənmir. Bıçaqladığını, sonra da xəstəxanaya apardığını söyləyib, dalıyca verdiyi açıqlamada «heç kəsi bıçaqlamamışam» deyir.

Özləri bilər – necə bıçaqlaşıblar və hansı yalan uyduracaqlar, bizlik deyil. Zatən, cəbhədə hər gün bu millətin ən ləyaqəti övladları şəhid düşür, kimsə mızqanmır, niyə şəhidlər yox, hansısa müğənni-fotoqrafın davası ictimaiyyəti maraqlandırmalıdır?

Narahatçılıq başqa məsələdəndir. Polisin açıqlamasından belə bəlli olur ki, S.Cavadzadə istintaqa ifadəsində cinayəti törətdiyini etiraf edib. Bəs, niyə azadlıqdadır? Niyə həbs olunmur?

Nə təhər olur, «Azadlıq» qəzetinin baş redaktoru hansısa Vüsal Həsənovla yüngül qovğaya çıxanda ekspertiza təyin edilir, Vüsalın xəsarət aldığı «əsaslandırılır» və Qənimət Zahid haqqında istintaq müddətində dərhal həbs-qəti imkan tədbiri seçilir, ancaq soyuq silahla cinayət törətdiyinə görə Samir Cavadzadənin həbsinə ehtiyac olmur?

Nə təhər olur, Aydın Canıyev əlinə daş götürüb – həm də içkili vəziyyətdə – bir şüşəni sındırdığı üçün türməyə soxulur, barəsində istintaq müddətində iki aylıq həbs qəti-imkan tədbiri seçilir, ancaq bıçağı adamın düz onurğasına geydirən Samir Cavadzadənin həbsinə ehtiyac qalmır? Niyə?

İstintaq müddətində həbs qəti-imkan tədbiri o zaman seçilir ki, cinayətdə şübhəli bilinən şəxsin cəmiyyət üçün təhlükəliliyi, istintaqdan yayınma ehtimalı nəzərə alınır. Bəlkə inisialı A.C. olan və ACından günorta duran bədbəxt Aydın Canıyev istintaqdan harasa qaçacaqdı? Adam öz kəndindən Lənkərana qədər olan 4 kilometrlik yolu hər gün piyada gedib-gəlirsə, o, hara və necə gedə bilərdi?

Yoxsa Aydın Canıyev «ictimai təhlükəli» adam olduğu üçün həbs olunub? Necə olur, bir şüşəni sındırmaq «ictimai təhlükə» sayılır, ancaq adamı bıçaqlayıb xəstəxanalıq etmək yox? Hansı əsasla kimsəyə zərər yetirmədən, küçədəcə «azadlıq» qışqıran və zorakılığa etiraz edən, Azərbaycanın Dövlət Müstəqilliyinə səs vermiş İstiqlalçı deputat Arif  Hacılı istintaq müddətində həbsə atılır, ancaq Azərbaycanı «geylərin paradı» kimi dəyərləndirilən bir mahnı yarışmasında təmsil edən manıs Samir Cavadzadə adam bıçaqladığına rəğmən, tutulmur?

Kim müəyyənləşdirir bu qanunların tətbiqini? Hansı kriteriyalarla?

Bu ölkənin dəyərlərinə baxın: Dövlət Müstəqilliyi yolunda can qoyan insanın qədir-qiyməti dostunu bıçaqlayan manıs qədər də deyil! «Geylər paradında» atdanıb-düşən bir manıs dövlətin qanunlarından ucada tutulur, cinayətə cəlb olunmur, ona adam bıçaqlayandan sonra «rahat-rahat evində oturub», ağzına gələn yalanı danışmaq fürsəti verilir.

Faiq Ağayev olayında da müəmmalar beləcə qaranlığa büründü. Kimsə soruşmadı ki, camaatın evinin qabağında «xalq artisti»nin nə iti azmışdı? Hansı ixtiyar və səlahiyyətlə adamın evinə qədər getmişdi? Niyə bıçaqlanma hadisəsi bıçaqlayanın həyətində baş vermişdi?

Soruşulmadı, necə ki, «şübhəli şəxs» olsa da, Samir Cavadzadə saxlanılmır; necə ki, polisləri təhqir edən xanım müğənnilərə güldən ağır söz deyilmir…

Görəsən, hörmətli Daxili İşlər naziri Ramil Usubovun manısları bu qədər sevməsinin, onları qanundan ucada tutmasının, qeyri-etik hərəkətlərinə və cinayətlərinə göz yummasının səbəbi nədir?

Kimsə bu hörmətin mənbəyini izah edə bilərmi? Cənab nazir doğrudanmı «geylər paradında» atılıb-düşən və ya barəsində videogörüntüyə qədər şayiələr yayılan manısları himayə etdiyi imicinin yaranmasından narahat deyil?

“Xural” qəzeti,

il 9, sayı: 040 (448), 23 sentyabr 2011

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button