Ramiz Mefiyevin qohumu işdən niyə çıxarılıb? – təfsilat

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti yanında Mərkəzi Hərbi-Həkim Komissiyasının sədri Fikrət Əliyev tutduğu vəzifədən azad olunub.
Xural.com istiqlal.az-a istinadən xəbər verir ki, Fikrət Əliyevin vəzifəsində nöqsanlara yol verdiyi və sağlamlığı qaydasında olan bir qrup vətəndaşı hərbi xidmətə çağırış zamanı müvafiq Tibbi Komissiyadan keçirmədiyi üçün tutduğu vəzifədən uzaqlaşdırılıb.
Fikrət Əliyev Milli Məclisin deputatı İlham Əliyevin qardaşıdır. Deputat İlham Əliyev isə Prezident Adminstrasiyasının rəhbəri Ramiz Mehdiyevin kürəkənidir.
İstiqlal.az-a daxil olan məlumata görə, Fikrət Əliyevin işdən çıxarılması NİDA Vətəndaş Hərəkatının İdarə Heyətinin üzvü Ülvi Həsənlinin hərbi xidmət məsələsi ilə izah edilir. NİDA-çı gənc bu ilin oktyabrında hərbi xidmətə aparılıb. Baxmayaraq ki, sağlamlığında problem olduğuna görə ona 2019-cu ilə qədər möhlət verilmişdi. Rəsmi tədiqlənməmiş məlumata görə, Ülvi Həsənliyə möhlət hüququ verilməsi Fikrət Əliyevin ciddi “nöqsan”ı kimi dəyərləndirilib və o vəzifəsindən çıxarılıb.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button