Ramiz Mehdiyevə növbəti zərbə

PA rəhbəri sədri olduğu Korrupsiyaya qarşı Mübarizə Komissiyasını itirə bilər

Prezident Administrasiyasının(PA) rəhbəri Ramiz Mehdiyevin hakim komandaya nəzarət imkanlarını artıran Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyası ləğv edilə bilər. Bu barədə “Azadlıq”a daxil olan məlumatda deyilir ki, artıq hakimiyyətdə bu barədə ciddi müzakirələr başlayıb. Bu məsələdə xüsusilə Ramiz Mehdiyevin əleyhdarları fəallıq göstərir. Onlar ən pis halda Komissiyanın PA rəhbərinin nəzarətindən çıxarılmasına çalışır.
Ramiz Mehdiyev 2004-cü ildə yaradılan Komissiyanın rəhbəri olmaqla bu statusundan istifadə edərək rəqiblərinə ciddi zərbələr vurmaq imkanına malikdir. Korrupsiya ilə bağlı şikayətlər Komissiyaya daxil olduqda təbii ki, saf-çürük edilir və əsasən Ramiz Mehdiyevə rəqib olan məmurlardan edilən şikayətlərin araşdırılması təmin olunur.
Bu baxımdan PA rəhbərinin əleyhdarları Komissiyanın ləğvini istəyir. Onların arqumentlərinə görə, Baş Prokurorluq yanında Korrupsiyaya Qarşı Mübarizə Idarəsi olduğu halda Komissiyaya ehtiyac yoxdur.

 06/01/2012

“Azadlıq” qəzeti

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button