“Ramiz Mehdiyev AMEA-nı istədiyi inzibati orqana çevirib”

Deputat dözmədi...

Milli Məclisdə “Azərbaycan Respublikasının Əmək Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası qanununun layihəsi birinci oxunuşda müzakirə olunan zaman söz alan deputat Etibar Əliyev bir sıra məmurların Əmək Məcəlləsinin tələblərindən sui-istifadə etdiklərini bildirdi.

Musavat.com-un məlumatına görə, deputat ardınca AMEA prezidenti Ramiz Mehdiyevin fəaliyyətini tənqid etdi: “Ramiz Mehdiyev AMEA-nı istədiyi inzibati orqana çevirib və əmək qanunlarını kobud surətdə pozur. Belə ki Ramiz Mehdiyev özünün qisasçı və inzibatçı iş sistemini AMEA-ya da gətirib. Bununla da əmək qanunvericiliyinin tələblərini kobud sürətdə pozmağa başlayıb.

Xüsusilə də Əmək Məcəlləsinin 70-ci maddəsinin C bəndinə əsasən işçiləri işdən azad edir. Bu yaxınlarda da bir institut direktorunu bu bəndlə işdən çıxarıb. AMEA-da da bu işləri keçmiş bir Rasim Ağasiyev adlı polis işçisinə həvalə edib”.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button