Ramiz Mehdiyev azad mətbuatın səsini boğur

16.05.2011

Əvəz Zeynallı: “Biz qanunlar çərçıvəsində etiraz aksiyalarının keçırılməsi ətrafında düşünürük… ”

Pərviz Səmədbəyli “Xural”ın borcunu ödəmək üçün ev verdi.

Jurnalist Vüqar Qurdqanlı böyrəyini 10 min manata satışa çıxardı.

Bakir Həsənbəyli “müqəddəs şəkilləri” hərracda özü alacaq.

“Ramiz Mehdiyevin “Xural” qəzetini məhkəməyə verməsi həm də onun kənardan azad mətbuatın ünvanını göstərməsidir. Çünki bu ölkədə müstəqil mətbuatın sərhədlərini o qədər daraldıb, o qədər məhdudlaşdırıblar ki, onsuz da barmaqla sayıla biləcək qədər az müstəqil mətbu orqan qalıb.Ölkədə heç bir özünüsenzura hissi daşımayan jurnalistlərin də sayı azdır. Amma bütün hallarda Ramız Mehdiyevin “Xural”ın üzərinə gələndən sonra müşfhidə etdim ki, nə qədər porodoksal olsa mətbuatın aparıcı qəzet və jurnalistləri gözləmədiyimiz dərəcədə pozitiv reaksiya verdilər. Bu da hələ müstəqil mətbuatın və azad sözün tam ölmədiyinin bariz nümunəsidir. Bu da bizdə az da olsa ümid qığılcımları yaradır.”

“Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallı bu sözləri mayın 16-da RATİ-də keçirdiyi mətbuat konfransında deyib. Onun sözlərinə görə, Ramiz Mehdiyevin “Xural” qəzetinə qarşı qaldırdığı məhkəmə işinin iyunun 10-da bir ili tamam olacaq: “Bir il ərzində qəzet olaraq yaşadıqlarımız çox komikdir. Müəyyən yaxın adamlardan, millət vəkilləri, siyasətçilərdən tutmuş ən normal ünsiyyətdə olduğum insanlara qədər bu məsələdən sonra bir ehtiyatlanma, qorxu və vahimə hiss etdik. Hökumətə yaxın insanlar mənə mesaj yazdılar ki, Ramiz Mehdiyevdən üzr istəməsən bizim səninlə dostluğumuz qurtardı”.

Zeynallı dövlət məmurlarının qəzetləri cəriməyə görə məhkəməyə verməsini müsbət qiymətləndirdiklərini söyləyib: “Ola bilər mətbuatın yazdıqlarında bir yanlışlıq olsun, kiminsə şəxsiyyətinə toxunan ifadələr işlənsin. Ramiz Mehdiyevin bizdən 10 min manat tələb etməsi hətta bizi sevindirmişdi də. Çünki əvvəllər bizdən bir milyon istəyənlər də olub”.  O, “Xural” qəzetinin bir il boyunda hər ay uzaqbaşı 70-90 manat arasında cərimə ödəyə biləcəyini qeyd edib. “Hətta 90+1 ola bilməz. Çünki buna bizim imkanlarımız yol verməyəcək” deyən Zeynallı həmçinin məmurlarının jurnalistləri mümkün xüsusi ittiham qaydasında məhkəməyə vermədiklərini müsbət dəyərləndirib: “Doğrudan da Mehdiyev bu qayda ilə məni məhkəməyə versəydi, mən həbsxanada idim. Bu müddət keçdikcə Ramiz Mehdiyev iddiasında nə qədər ciddi olduğunu gördükcə baxdım ki, bu hədəfdə biz olmuşuq. Mən bir dəfə yazmışdım ki, mətbuata qarşı rus ruleti tətbiq olunur. Tutaq ki, Eynullaya həbsə düşdü, Elmara güllə dəydi, Bahəddinin üstündən maşın keçdı, bizə də bu düşdü. Sabah bu rulet başqa cür də dövr edə bilər”.

Redaksiyanın əmlakının dəyərinə gəlincə isə onlardan hər birinin 1 dost tərəfindən “Xural”a hədiyyə edildiyini və hal-hazırda ona məxsus əmlakın dəyərinin 500 manatı keçmədiyini deyən Ə. Zeynallı bildirib ki, “məsələ təkcə həmin malların maddi dəyərində deyil. Bizdə siyahıya salınan elə şəkillər var ki, məsələn Şah İsmayıl Xətainin, Ramil Səfərovun, Mübarız İbrahimovun portretləri heç bir halda hərraca çıxarıla bilməz. Məsələn, redaksiya əməkdaşı Yasəmən Arıf siyahıya alınan H.Əliyev və İ.Əliyevin şəkillərinin hərraca çıxarılmasına qəti etiraz edir”.

Pərviz Səmədbəyli “Xural”ın borcunu ödəmək üçün evini verdi

Mətbuat konfransında çıxış edən Pərviz Səmədbəyli parlamentə keçirilən son seçkilər zamanı adına ev olduğu iddia edılən və hətta Baş Dövlət Texniki İnventarlaşdırma və Mülkiyyət Hüququnun Qeydiyyatı İdarəsi tərəfindən verilmiş sənədləri olan evi “Xural”a R.Mehdiyevin kəsdirdiyi cəriməni ödəmək üçün verdiyini söylədi: ” Hazırda həmin 3 otaqlı evin sənədləri “Xural”dadır, onlar araşdırma aparıb, həmin evi cəriməni şdəmək üçün satışa çıxara bilərlər…”

Jurnalist Vüqar Qurdqanlı böyrəyini 10 min manata satışa çıxardı

Mətbuat konfransında iştirak etmək istəsə də, polislər tərəfindən saxlanılan jurnalist Vüqar Qurdqanlı “Xural”ın cərimələr yolu ilə susdurulmasına rəvac verılməsılə heç cür razılaşmadığını deyib və “lazım gələrsə böyrəyimi satıb Ramiz Mehdiyevin borcunu ödəməyə hazıram. Mən bunu həm də azad sözün susdurulmasına can atan məmurlara etiraz əlaməti olaraq edəcəm” deyə telefonla fikrini açıqlayıb.

Bakir Həsənbəyli “müqəddəs şəkilləri” hərracda özü alacaq

Bir vaxtlar mətbuatın aparıcı simalarından olan Bakir Həsənbəyli “Xural”ın redaksiyasında məhkəmə icraçıları tərəfindən siyahıya salınan foto və rəsm əsərlərini – Şah İsmayıl Xətainin portretini, Ramil Səfərovun, Mübarız İbrahimovun, Heydər Əliyev və İ.Əliyevin şəkillərini hərraca çıxarıldığı təqdirdə almaq istədiyini söyləyib. O bununla müstəqil mətbuata yardımçı olduğunu göstəməyə çalışıb.

Mətbuat konfransının sonunda Beynəlxalq qurumlara müraciət etdiklərini söyləyən Ə. Zeynallı dərindən düşündükdən sonra bir günlük aclıq aksiyası keçirmək niyyətindən uzaqlaşdığını da dedı. Onun sözlərinə görə, qanun çərçivəsində, dövlət çevrilişinə getməmək şərtilə müvafiq orqanların razılığı ilə mitinq və ya piket aksiyalarını həyata keçırə bilərlər: “Hər bir halda bu razılaşdırılmış aksiya olacaq və bizim aksiyanı siyasətçılər deyil, jurnalistlər idarə edəcəklər.”

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button