Ramiz Mehdiyev çıxmaq istədiyi oyuna Gülər Əhmədovanı saldı

Oktyabrın 28-də «Xural» qəzetinin baş redaktoru Əvəz Zeynallı Baş Prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həbs olunub. Həbs AR CM-nin 311.3.3. və 311.3.4 maddələrilə hakim YAP partiyasının millət vəkili Gülər Əhmədovanın iddiası əsasında həyata keçirilib. Millət vəkilinin iddialarına görə Əvəz Zeynallı guya hədə-qorxu gələrək ondan 10 min manat rüşvət tələb edib. Halbuki təxminən iki ay əvvəl Gülər Əhmədova «Xural» qəzetinin redaksiyasına gələrək, Əvəz Zeynallıya gözlənilməz təkliflər irəli sürüb. Həmin təklifləri qəbul etdiyi təqdirdə ona bahalı maşın, ofis və külli miqdarda pul verəcəyini israr edib. Əvəz Zeynallı qəti olaraq bu təklifdən imtina edib. Digər tərəfdən, Gülər Əhmədovanın Korrupsiyaya qarşı Mübarizə İdarəsinə təqdim etdiyi həmin audioyazının bu görüşdən əldə edildiyi ehtimalına əsaslansaq, o zaman «fakt» kimi təqdim olunan audioyazıda Əvəz Zeynallının ümumiyyətlə səsi düşməyib. Çünki o görüşdə Əvəz Zeynallı Gülər Əhmədovaya bir kəlmə də olsun söz deməmiş, bunun əvəzində Gülər Əhmədovanın israrlı səsi qeydə alınmışdır. Yəni Korrupsiya İdarəsinin «fakt» kimi göstərməyə çalışdığı audioyazıda Əvəz Zeynallı ilə bağlı heç bir məqam yoxdur, deməli bu şikayətə baxılması üçün “fakt və dəlil” də yoxdur. Yeri gəlmişkən, Azərbaycan Konstitusiyasına edilmiş son dəyişikliklərə görə, vətəndaşın razılığı olmadan şəklinin, videoçəkilişinə, audio yazılışına icazə verilmir. Hətta həmin şəxs cinayət törətmiş olsa belə, özünün icazəsi olmadan onun üzü göstərilə və səsi yazıla bilməz. Göründüyü kimi, Gülər Əhmədovanın da rəhbər vəzifədə çalışdığı hakim YAP -nın millət vəkillərinin səs çoxluğu ilə qəbul etdiyi yeni dəyişiklikləri reallıqda nə Gülər Əhmədova, nə də Korrupsiyaya qarşı Mübarızə İdarəsi hüquqi akt kimi qəbul etmir.
Digər tərəfdən, Əvəz Zeynallının Gülər Əhmədovaya hədə-qorxu gələrək şantaj etdiyi də şikayət ərizəsində göstərilir.

Maraqlıdır, hakim Yeni Azərbaycan Partiyasının səlahiyyətlisi, iqtidaryönlü «Mərkəz» qəzetinin sahibəsi, PA-nın rəhbəri Ramiz Mehdiyevin siyahısı əsasında deputat olan Gülər Əhmədovanı, cəmi 4 min tirajı olan və hakimiyyətdən heç bir dəstək almayaan bir müstəqil qəzetin baş redaktoru necə şantaj edə bilərdi? Sadəcə burada bir məsələ diqqəti çəkir. 2011-ci ilin iyun ayından məhkəmə qarşısında «Xural» qəzetinə qarşı iddia qaldıran Prezident Aparatının rəhbəri Ramiz Mehdiyevin adı həm mətbuatda və həm də beynəlxalq təşkilatlaın siyahısında hallandırıldığından (Ramiz Mehdiyev və «Xural»ın məhkəmə çəkişməsi Avropa Məhkəməsinə qədər gedib və Avropa Məhkəməsi bir müddət əvvəl bu işi icraata götürdüyünü bəyan edib) o ictimai və artıq siyasi arenadan çıxmaq üçün Gülər Əhmədova kartını dövriyyəyə buraxıb. Məsələ siyasi məsələ olduğundan 19 oktyabr 2011-ci il tarixindən başlayaraq müstəqil «Xural» qəzeti və onun baş redaktoru Əvəz Zeynallıya qarşı həyata keçirilən məhkəmə icraatları heç bir hüquqa əsaslanmır. Məsələn, 19 oktyabır 2011-ci ildə «Xural» qəzetinin bütün texniki avadanlıqları müsadirə olunan zaman bu haqda məhkəmə qərarı çıxmamışdan əvvəl səhər saat 11.00 radələrində Nərimanov rayon məhkəməsinin icra nümayəndələri «Xural» qəzetinə gələrək, ötən bir ayda «yeni» daxil olan avadanlıqları siyahıya almış, təxminən 15.00 radələrində isə Nərimanov rayon Məhkəməsinin hakimi Sevinc Quliyevanın Ramiz Mehdiyevin 10 min manatlıq cəriməsinin icraata yönləndirilməsilə bağlı qərar çıxarmışdı. Bu müddət ərzində redaksiyaya giriş-çıxış qadağan olunmuş və qəzetin iş fəaliyyəti dondurulmuşdu.
Başqa bir tərəfdən, Gülər Əhmədova YAP-çı deputatdır və o əgər həqiqətən də israr etdiyi kimi ondan hədə-qorxu və şantaj yolu ilə rüşvət tələb edilmişdisə, heç bir qəbahəti olmadığından bu tələbə əhəmiyyət verməyə bilərdi. Əgər həqiqətən də qəbahət işi olmamışdısa, Deməli Gülər Əhmədovanın narahat olması üçün hansısa səbəblər olub. Göründüyü kimi, qadın millət vəkili, ictimaiyyətə açıqlanmasını istəmədiyi bir çox “oyun”ların iştirakçısı olduğunu bilməyərəkdən etiraf edib. Hər bir halda «Xural» qəzeti belə hesab edir ki, Əvəz Zeynallının həbsi siyasi məsələdir və hakimiyyətin ikinci adamı, «Boz kardinal», Prezident Aparatının rəhbəri Ramiz Mehdiyevin sifarişi əsasında həyata keçirilib. Gülər Əhmədovanın iddiaları isə nəinki fakt və dəlillərə söykənmir, onun özü şər və böhtana əsaslanır və Əvəz Zeynallının susdurulmasına xidmət edir. Deputatın “Əvəz Zeynallı məndən 10 min manta rüşvət istədi” deməsi də ehtimaldan başqa bir şey deyildir.

XuralTAC

Əlaqəli məqalələr

1 şərh

  1. Bu Ramiz kishi lap ag eleyib. Onun adi butun syahilarda repressioner ve korrrupsioner ve oz xalginin bashina oyun acan kimi dushub. Tezlikle gerb olkeleri bu boz kishiye sanksiyalar tetbig eder ve agli bashina geler.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button