Ramiz Mehdiyev Hafiz Hacıyevin hədəfində

Partiya sədri Əli Kərimlini təhqir etməkdən imtina edib

Hakimiyyətin sıralarında yarpaq tökümü başlayıb. Artıq uzun illər onun sıralarında müxalifətə qarşı döyüşən simalar da ondan üz döndənməyə başlayıblar. XuralTAC-a daxil olan məlumatlarda deyilir ki, Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev son günlər hakimiyyətin təzyiqləri ilə qarşılaşıb. Belə ki, iqtidar nümayəndələri ondan ekranlara çıxıb AXCP sədri Əli Kərimlini təhqir etməsini tələb edirlər. Amma MMP sədri qətiyyətlə bu təklifi rədd edib və bundan belə xalqın yanında yer alacağını söyləyərək imtina edib.

Xatırladaq ki, Hafiz Hacıyev son zamanlar Prezident Administrasiyasının rəhbəri Ramtiz Mehdiyevi tənqid edir və onun prezident İlham Əliyevə xəyanət etdiyini hər fürsətdə dilə gətirir. Onun qəzetimizdə dərc olunan irihəcmli müsahibəsindən sonra həm «Xural»a, həm də özünə təzyiqlər başlamış, qəzetimiz Ramiz Mehdiyev və komandasının təqiblərinə məruz qalmışdı. Aldığımız məlumatlara görə, bu müsahibədən sonra Hafiz Hacıyevin təsisçisi olduğu «Müasir Müsavat» qəzeti çap olunduğu mətbəədən çıxarılıb və ona göstərilən bütün maddi dəstəklər dayandırılıb.

XuralTAC

“Xural” qəzeti
il: 9, sayı: 013(421), 03-09 aprel 2011-ci il

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button