Ramiz Mehdiyev olmaq istəmirəm!

Yasəmən Arif

Heydər Əliyevi və İlham Əliyevi hərraca çıxarmağa qoymaram!

Hələ orta məktəbdə oxuyanda orta məktəb dərsliyində bir hekayə çox xosuma gələrdi. Mircəlal Paşayevin yazdığı “İtə ataram, yada satmaram” hekayəsində ehtiyac icində olan bir ananın evində olan son qiymətli əşyasını – Qarabag xalısını satmaq üçün bazara çıxarmasından bəhs olunurdu. Amma ehtiyacın nə qədər acı və əzab-əziyyətli olmasına baxmayaraq, bir ananın Qarabag xalısını yada satmaması qəlbimi fərəhlə doldurardı.. Hər zaman bunu düşündükcə qürur hissi yaşamışam…Hər bir insan dəyərlərinə sahib çıxmalıdır. Düzdür, zamanla bu qürur hissini yaşamaq bizlərə o qədər də nəsib olmadi. Yeri gəldiyi zaman əlimizdə olan dəyərlərimizi qorumaga, qiymət verməyə çalışmışıq. Buna o qədər də nail olmamışıq desəm yalan olmaz. Çünki qürur duyacaq nə torpağımız var, nə də….

Elə bu nədən başlamaq istərdim…

“Doğruları söyləmək bəzən doğru deyil” deyə bir misal eşitmişdim. Amma hər zaman doğru bildiklərimi dedim və deyəcəm də. Əziz “Xural” Oxucuları, bir etiraf etmək istəyirəm. Etiraf gözəldir məncə, zamanında və yerində. Bu gün bəlkə də tam zamanıdır. Əziz dostlar, sizlərin hər birindən acızanə xahiş edirəm, mənə bir daha “Boz kardinal“ və ya ““Xural”ın Ramiz Mehdiyevi” deyərək müraciət etməyin. Çünki mən Ramiz Mehdiyev olmaq istəmirəm…

Səbəb çox bəsit…Bu millətin dəyərlərinə sahib çıxan, bu millətin hər bir dəyərini canı və qanı bahasına qoruyan övladlarına qarşı haqsız ola bilmərəm. Mən şərəfimi 10 min manatla qiymətləndirmərəm. Mən bu millətin gələcəyi, bu millətin yaşaması üçün olmazlar etməyə çalışanların yolunu kəsə bilmərəm. Mən kimsənin əlindən yaşam mücadiləsini ala bilmərəm…

Mən Ramiz Mehdiyev olmaq istəmirəm…

Buna səbəb iki gün əvvəl redaksiyada baş verən son icra qərarı oldu. Ramiz Mehdiyevin istəyinin icrasını yerinə yetirmək üçün redaksiyaya gələn icra nümayəndələrinin hərəkətləri bu qərarımı verməyə təkan oldu. Redaksiyada hər bir şeyi qeydə alan icra nümayəndələri sonda mənim iş masamın üzərində olan dahi şəxsiyyət, ulu öndər, hər zaman şəxsiyyətinə pərəstiş etdiyim Heydər Əliyevin və cənab prezident İlham Əliyevin portretlərini də siyahıya aldılar. Bu, bir daha onu sübut etdi ki, mən Ramiz Mehdiyev olmaq istəmirəm. Mən Ramiz müəllimdən fərqli olaraq Heydər Əliyevin və İlham Əliyevin portretlərinin hərraca çıxarılmasına ıcazə vermərəm…

“Xural” qəzeti,

Il: 9, sayı: 019(429), 15-21 may 2011-ci il

Əlaqəli məqalələr

1 şərh

  1. A bala, “İtə ataram, yada satmaram” deyil o əsərin adı. “Bir gəncin manifesti”dir. Həm də səhv eləmirəmsə, xalça Qarabağ xalısı deyildi, “Yusif-Züleyxa” idi. ))
    Amma papağınız əladır. Çe Gevara da bundan qoyardı. Özü də belə yanqılıcı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button