Ramiz Mehdiyev Quba haqqında sualı eşidən kimi jurnalistlərdən qaçdı

03.02.2012

Yüksək vəzifəli məmurlar istənilən yolla Quba hadisələri haqqında söhbətdən qaçırlar. Belə ki, bu gün İKT –in beynəlxalq konfransı zamanı jurnalistlər Prezident Administrasiyasının rəhbərinə Quba hadisələrinə münasibət bildirmək xahişi ilə müraciət ediblər. Lakin o, özünü eşitməzliyə vuraraq, sadəcə sualdan qaçıb. Kiçik yoldaş Əli Həsənov da eynilə belə edib. O da Qubada baş verənlər haqqında suala cavab verə bilməyib.

Hətta ombudsman Elmira Süleymanova da Turanın Qubada baş verənlər haqqında sualını eşidən kimi nitqini itirib.

Vitse-spiker Bahar Muradova bir qədər cəsarətli çıxıb. Lakin o, Qubadakı hadisələri iğtişaş hesab etmir (!).

“Azərbaycanda söz və ifadə azadlığı var, vətəndaşlar bu və ya digər məsələlərlə bağlı narazılıqlarını ifadə edə bilərlər, bu, normal haldır və onların konstitusion hüququdur”, deyə o bildirib.

Eyni zamanda, o hesab edir ki, icra hakiminin çıxışının bu qədər gec yayılması təsadüfi deyil və qərəzli niyyətdən xəbər verir. “Hesab edirəm ki, hüquq-mühafizə orqanları bunu araşdıracaqlar”.

Parlamentin insan hüquqları komitəsinin rəhbəri Rəbiyət Aslanova vətəndaşların şəxsi əmlakının korlanmasının yolverilməz olduğunu bildirib.

“Şəxsi əmlak toxunulmazdır. İcra hakiminin evi və digər əmlakının qanuniliyini müvafiq orqanlar müəyyən etməlidir. Biz hüquqi dövlətdə yaşayırıq və bu əməllər mənfi proseslərə səbəb ola bilər. Narazılığı qanuni yolla ifadə etmək və müvafiq qurumlara müraciət etmək olar”, deyə o, dövlət məmurunun iki il ərzində üçmərtəbəli villanı və çoxsaylı obyektləri hansı vəsaitlə tikdiyi barədə suala cavabda bildirib.

CONTACT

Əlaqəli məqalələr

1 şərh

  1. Rəbiyə xanim o mülkləri maaşla yaşamali olan icra hakimləri (məmurlar biznesmen olmadiğina görə)komitə sədirləri, polis rəisləri hansi pulla alirlar? Demokratik ölkələrdə basib adamin gözünü cixararlar ki bu pullu haradan aldin.Sonuncu Almaniya prezidenti əsl siyasətci kimi istefa etdi.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button