Rubrikalar: GÜNDƏM XuralTAC

Ramiz Mehdiyevdən Adil Əliyev haqda sərt ittiham: “Müəmmalı keçmişini unudub…”

AMEA YAP ərazi təşkilatının üzvləri adından Akademiya YAP ərazi təşkilatının sədri, biologiya üzrə fəlsəfə doktoru, dosent Ulduzə Qurbanovanın Milli Məclisin deputatlarına müraciət edib.

Xural.com müraciəti olduğu kimi təqdim edir:

“Ötən həftə Azərbaycan Respublikası Milli Məclisinin sədr müavini Adil Əliyevin Azərbaycan Milli Elmlər Akademiyası haqqında verdiyi qərəzli bəyanat elmi ictimaiyyətin haqlı narazılığı ilə qarşılanıb. Təbii ki, elmdən tamamilə uzaq olan bu şəxsin Akademiya və alimlərimiz haqqında dedikləri AMEA-da bütövlükdə Milli Məclisin mövqeyi kimi qəbul olunmur. Ancaq Milli Məclisin sədr müavini olan bir şəxsin Ümummilli lider Heydər Əliyevin Azərbaycan xalqının milli sərvəti adlandırdığı Elmlər Akademiyası barəsində dilə gətirdiyi xoşagəlməz ifadələr bizi dərindən narahat etməkdədir.

Lakin bütün bunlara baxmayaraq, çatışmazlıqların aradan qaldırılması, həmçinin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin elmimiz qarşısında qoyduğu strateji vəzifələrin həyata keçirilməsi üçün AMEA kollektivi fədakarcasına çalışmaqda davam edir.

Çox maraqlıdır, görəsən Adil Əliyevin özü alimlərə verilən əmək haqqı müqabilində işləməyə razı olarmı? Əgər Adil Əliyevi doğrudan da elmimizin gələcəyi bu qədər narahat edirsə, ötən illər ərzində o, nə səbəbdən Milli Məclisdə bir dəfə də olsun alimlərimizin, ümumilikdə AMEA-nın problemlərini qaldırmayıb. Əksinə, bəzi deputat həmkarları kimi o, yaddaşlarda millət vəkillərinin əmək haqlarının artırılması, onlara əlavə imtiyazların verilməsi məsələsində dəfələrlə göstərdiyi canfəşanlıqla yadda qalıb. Özü üçün yüksək əmək haqqı tələb edərkən, Adil Əliyev heç olmazsa bir dəfə də olsun Azərbaycan aliminin qayğılarını, ehtiyaclarını yada salıbmı? Onu nə vaxtsa belə məsələlər düşündürübmü?

Məlum olduğu kimi, AMEA kollektivinin əhəmiyyətli bir qismi Yeni Azərbaycan Partiyası sıralarında təmsil olunur. Onlar həmişə olduğu kimi, indi də Ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu siyasi kursun sadiq əsgərləri olaraq fəaliyyətlərini dönmədən davam etdirməkdədirlər. Akademiyadakı YAP ərazi təşkilatının üzvləri olaraq, biz Milli Məclis üzvlərinin, xüsusilə də YAP-ı təmsil edən deputatların Adil Əliyevin Akademiya və alimlərimiz haqqında məsuliyyətsiz və populist fikirlərinə münasibət bildirmələrini istəyirik.

Çox təəssüf ki, Milli Məclisin vitse-spikeri kimi yüksək məqama gəlib çıxan və tutduğu vəzifənin baş gicəlləndirən təsirindən müəmmalı keçmişini unudan Adil Əliyev belə hesab edir ki, onun Milli Elmlər Akademiyası və Azərbaycan alimləri haqqında böhtanlar deməyə, onlara yol göstərməyə mənəvi haqqı çatır. Azərbaycan elminin və fədakar alimlərimizin Milli Məclis kimi mötəbər hakimiyyət orqanını təmsil edən şəxs tərəfindən təhqir edilməsi qəbuledilməzdir. Millət vəkillərimizdən alimlərimizin narahatlığını anlayışla qarşılamalarını və bölüşmələrini xahiş edirik”.

Paylaş:

Son Əlavələr

  • GÜNDƏM
  • XuralTAC

Prezident İlham Əliyev xalqa müraciətinin TAM MƏTNİ-VİDEO

Oktyabrın 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev xalqa müraciət edib. Xural.com müraciətin tam mətnini təqdim edir: -Əziz həmvətənlilər. Bir aya…

26 Oktyabr 2020
  • ARAŞDIRMA
  • GÜNDƏM
  • XuralTAC

Yaxın vaxtlarda Ərdoğan və Putin arasında yeni görüş keçirilə bilər – TƏHLİL

İqor Subbotin “Nezavisimaya qazeta”, 22.10.2020   Türkiyə xarici işlər nazirinin müavini Sedat Önalın oktyabrın 22-də Moskvaya səfəri fonu Ankarada Dağlıq…

25 Oktyabr 2020
  • GÜNDƏM
  • XuralTAC

Ərdoğan: “Bu səhər İlham Əliyevlə danışdım”

"Azərbaycanlı qardaşlarımız bu mübarizədən qalib çıxacaqlar". "Qafqazinfo" xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu sözləri Kayseri şəhərində çıxış…

25 Oktyabr 2020
  • GÜNDƏM
  • XuralTAC

Mehriban Əliyeva xalqa çağırış etdi – “Daha diqqətli olaq!”

"Biz bu günədək vaxtında və hərtərəfli düşünülmüş tədbirlər sayəsində dünyanın bir çox ölkələrinin üzləşdiyi faciəli ssenaridən xilas ola bilmişik. Ekspertlərin…

23 Oktyabr 2020
  • GÜNDƏM
  • XuralTAC

Hulusi Akar: “Ermənistan işğal etdiyi əraziləri tərk edəcək – bu qədər sadə”

Türkiyənin müdafiə naziri Hulusi Akar növbəti dəfə Azərbaycanın öz torpaqlarını işğaldan qurtarmaq üçün apardığı mübarizəyə dəstək verib və işğalçı Ermənistana,…

22 Oktyabr 2020
  • GÜNDƏM
  • XuralTAC

Mustafa Şəntop “İmamzada”nı ziyarət edib

Türkiyə Böyük Mİllət Məclisinin sədri Mustafa Şəntop Gəncəyə səfəri zamanı "İmamzada" kompleksində olub. Xural.com xəbər verir ki, bu haqda M.Şəntopun…

22 Oktyabr 2020
Xural.COM