RAMİZ MEHDİYEVDƏN İBRAHİMOVA ŞOK İTTİHAMLAR – “Dövlətin maliyyə yardımları öz ünvanına çatmayıb”

“Nazim İbrahimovun sədrliyi dövründə xaricdə yaşayan azərbaycanlılarla bağlı konkret heç bir iş görülməyib”.

Bunu “Report”un sualını cavablandıran Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev deyib.
“Buna görə də bu gün Avropada, ABŞ-da və digər ölkələrdə yaşayan bəzi azərbaycanlılar Azərbaycana, onun dövlətçiliyinə qarşı təxribat xarakterli çağırışlar edirlər. Heç ermənilər də bunu etmir. Düzdür, ermənilər öz daxilində bir-birilərinə qarşı narazlıq və ya etiraz edirlər. Lakin ermənilər öz dövlətinə qarşı xarici ölkələrdən çağırış etmirlər.
Təbii ki, bu da Diasporla İş üzrə Dövlət Komitəsinin səriştəsiz fəaliyyətindən irəli gəlir”, – deyə, akademik Ramiz Mehdiyev vurğulayıb.

***

“Diasporla İş üzrə Dövlət Komitəsinin işində narazılıqlar var idi, Komitənin sədri Nazim İbrahimov öz vəzifəsinin öhdəsindən layiqincə gələ bilməyib. Təbii ki, bütün bunlardan Prezident İlham Əliyevin də məlumatı var. Buna görə də Prezident Nazim İbrahimovun işdən azad edilməsi barədə sərəncam verib”.

“Report”un xəbərinə görə, bunu Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev deyib.
O xatırladıb ki, Prezidentin növbəti sərəncamı ilə Fuad Muradov Diasporla İş üzrə Dövlət Komitəsinin sədri vəzifəsinə təyin olunub: “Cənab Prezident Fuad Muradovla görüşüb və ona konkret tapşırıqlarını verib. Gənc və perspektivli kadr olan Fuad Muradovun Diasporla İş üzrə Dövlət Komitəsinə təyin olunması böyük əhəmiyyət kəsb edir”.

nazim_ibrahimov_270215

Ramiz Mehdiyev qeyd edib ki, Nazim İbrahimovun rəhbərliyi dövründə nə Gürcüstanda, nə Avropa ölkələrində, nə də Orta Asiya ölkələrində yaşayan azərbaycanlılarla heç bir iş görülməyib: “Düzdür, Komitədə müəyyən beynəlxalq tədbirlər keçirilib, amma konkret işlər görülməyib. Müəyyən tədbirlərin həyata keçirilməsində dövlət tərəfindən ayrılan maliyyə yardımları da öz ünvanına çatmayıb”.

Göründüyü kimi, sonuncu fikirləri ilə R.Mehdiyev keçmiş komitə sədrini açıq şəkildə mənimsəmədə ittiham edib. Burdan belə nəticə çıxarmaq olar ki, çox böyük ehtimalla, N.İbrahimovun fəaliyyəti hüquq-mühafizə orqanları tərəfindən də araşdırılacaq. R.Mehdiyev bunun anonsunu edib.

PA rəhbərinin “Nazim İbrahimovun rəhbərliyi dövründə nə Gürcüstanda, nə Avropa ölkələrində, nə də Orta Asiya ölkələrində yaşayan azərbaycanlılarla heç bir iş görülməyib” ittihamı isə, ondan xəbər verir ki, hakimiyyət son vaxtlar Avropada vüsət alan təhqir kampaniyasının məsuliyyətini N.İbrahimovun üzərinə qayacaq. Belə olduqda onun hətta həbsi də mümkündür!

Xatırlatmaq yerinə düşər ki, N.İbrahimov və qardaşları “yuxarıların” etimadını çoxdan itiriblər. Qardaşlardan Hacı İbrahim İbrahimovun “Xəzər adaları” fırıldaq layihəsinə görə dövlətin – Beynəlxalq Bankın 800 milyon dollarını mənimsədikdən sonra isə onların vəziyyəti daha da pisləşmişdi.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button