Ramiz Mehdiyevin baldızı oğlu “Pasportstol”a təyin edildi…

Levan Qurskaya Yuriyeviçin bir tərəfinin yaxşı münasibətlərdə olmadığımız bir millətə mənsub olduğu haqda məlumatlar var…

Daxili işlər naziri, general-polkovnik Ramil Usubovun əmri ilə Levan Qurskaya Daxili İşlər Nazirliyinin Pasport və Qeydiyyat İdarəsinin rəis müavini təyin olunub. Bu barədə məlumat “Qafqazinfo”ya hüquq-mühafizə orqanlarından daxil olub. Məlumata görə, Yasamal rayon Pasport Qeydiyyat Şöbəsinin rəisi, polis polkovnik-leytenantı Levan Qurskaya Yuriyeviç vəzifəsindən azad olunaraq sözügedən posta təyin olunub.

Xatırladaq ki, bu vaxta qədər həmin vəzifədə daxili işlər naziri Ramil Usubovun qaynı Nüsrət Şirinov çalışırdı. Bir neçə gün əvvəl polkovnik N.Şirinov DİN-də katibliyin rəisi vəzifəsinə təyin olunub.
Daha bir maraqlı məqam isə Pasport və Qeydiyyat İdarəsinin rəis müavini təyin olunan Levan Qurskayanın Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev yaxın qohumu olması ilə bağlıdır.

Bundan əvvəlki Nüsrət Şirinovun Ramil Usubovun doğmaca qaynı olduğu haqda mətbuatda informasiyalar yayılmışdı və bu informasiyaları DİN orqanları təkzib etməmişdi. “Qafqazinfo”nun yaydığı məlumatı özəl olaraq araşdırdıq və məlum oldu ki, sən demə, Levan da (əslində isə Levon) Ramiz Mehdiyevin doğmaca baldızının oğludur. Həm də hörmətli Mehdiyevin baldızı oğlunun bir tərəfinin hazırda müharibə şəraitində olduğumuz bir millətin nümayəndəsi olduğu haqda özəl informasiyalar əldə etdik.

Belə çıxır ki, Daxili İşlər Nazirliyinin Pasport və Qeydiyyat İdarəsinin rəis müavini postu iri çinli dövlət məmurlarının yaxın qohumlarının “arpalığı”na çevrilib. Bir-birinin ardınca eyni şəbəkəyə daxil olan məmurların qohumlarının bu vəzifəyə təyinatı dövlətin özəl əllərə düşdüyünün yerində və təkzibolunmaz bir sübutudur. Hələ-hələ yaxşı münasibətlərdə olmadığımız bir millətin nümayəndəsi olduğu ehtimal edilən birisinin Pasport və Qeydiyyat İdarəsinin rəis müavini kimi ciddi bir posta təyinatı daha təhlükəli gələcəkdən xəbər verir.

Bu nə ad?! Bu nə soyad?! Bu nə vəzifə?!

Mövzu diqqətimizdə olacaq…

XuralTAC

“Xural” qəzeti,

İl: 9, sayı: 024 (433), 26 iyun-2 iyul  2011-ci il

 

Əlaqəli məqalələr

5 şərh

  1. Görünürür 9 milyon əhalinin içində bu vəzifəyə layağ olan bir”Heydər”, “İlham”,”Məmmədəmin”,”Cavanşir”,”İsmayil” adda bir başqası yoxdu. Allah əlacsızdığın üzün qara eləsin!!!!?

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button