Ramiz Novruz: “Fuad Poladovun pıçıltı ilə danışması…”

Xalq artisti Ramiz Novrz həmkarı Fuad Poladovdan danışıb.

Xural com medianews.az-a istinadən xəbər verir ki, açıqlama verən aktyor həmkarının sənətini dəyərləndirib: “Hər gün Fuad Poladov kimi sənətkarlar yetişmir. Onun xəstə olması hamımız üçün ağırdır. Onunla qapı bir qonşu idim. 2-3 aydır ki, oradan köçmüşəm. O xoşlamır ki, ona baş çəksinlər. Kimsə ona baş çəkmirsə, bu Fuadın seçimidir, onun xasiyyətinə bələddirlər. Bəlkə də, cəsarət etmirlər. Hamı maraqlanır, hamının duaları onunladır. Bilmirəm ki, hazırda hansı mərhələdədir xəstəliyi. Ona Allahdan şəfa diləyirəm. O, bizim sevimlimizdir, şəxsiyyəti və sənəti ilə məktəb olan insandır. Onu həmişə sağlam görmüşük. Heç kim onu xəstə xatırlamaq istəmir. Fuad Poladovun yanına getmək çətindir. Onun yaşadığı binadan köçəndən sonra ciddi xəstəliyi olduğunu eşitdim. Orada olanda səsinin tutulduğunu bilirdim. Bizim tamaşa ilə bağlı danışığımız olmuşdu. Pıçıltı ilə danışmasına əhəmiyyət verməmişdim. Düşündüm ki, ciddi şey deyil. Sonra bildim ki, xərçəng xəstəliyinə tutulub. Mənim üçün çox ağırdır. Allah ona şəfa versin”.

Qeyd edək ki, xalq artisti Fuad Poladov onkoloji xəstəlikdən əziyyət çəkir. Aktyorun səs tellərində problem yaranıb, qırtlağında şiş olduğu bildirilir. Hazırda aktyor evdə müalicə alır.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button