Rasim Məmmədovun qazini təhqir etdiyi yerdə VİDEOsu
Sosial şəbəkələrdə Rasim Məmmədovun qazini təhqir edən videosu yayılıb.
Belə ki, yayılan videoda Rasim Məmmədov birinci Qarabağ müharibəsi veteranının üzünə tüpürür.
Qeyd edək ki, Rasim Məmmədov 2021-ci il sentyabrın 17-də Sumqayıt şəhərində yerləşən “Azmetal” MMC-yə gələrək heç bir əsaslı səbəb olmadan oranın direktor müavini Ramiz Hüseynovun ünvanına nalayiq söyüşlər söyüb çölə çıxmasını tələb etmişdir. R. Hüseynov həyətə düşdükdən sonra R.Məmmədov təkrar olaraq onun ünvanına nalayiq ifadələr işlədib və əlindəki mobil telefonla MMC-nin anbardarı Sabir İsmayılovun baş nahiyəsinə 3 dəfə zərbə vuraraq ona müxtəlif dərəcəli bədən xəsarəti yetirməklə qərəzli xuliqanlıq hərəkətləri edib.
Faktla əlaqədar Sumqayıt Şəhər Polis İdarəsində müvafiq araşdırma aparılmış və araşdırmanın nəticəsinə uyğun olaraq Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə cinayət işi başlanmışdır. Fevralın 3-də Rasim Məmmədov qeyd olunan cinayət əməlini törətməkdə şübhəli bilinərək saxlanıb.