Rubrikalar: GÜNDƏMXuralTAC

RATİ etiraz edir

Hətta Beynəlxalq qadınlar  günündə Azərbaycan hakimiyyəti zorakılıqdan əl çəkməyəcəyini hər kəsə göstərmək istəyir

Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitutu Azərbaycan hakimiyyətini jurnalistlərə, həmçinin qadınlara qarşı məişət zorakılığına etiraz aksiyasının iştirakçılarına qarşı bugünki (dünənki – red.) polis zorakılığını pisləyir, KİV əməkdaşları və dinc aksiyanın iştirakçılarına qarşı kobud güc tətbiqinə yol vermiş hüquq-mühafizə orqanları əməkdaşlarını və təxribatçıları cəzalandırmağa çağırır.

Bərabərlik uğrunda mübarizə aparan qadınların təşkil etdiyi və Beynəlxalq qadınlar gününə həsr edilmiş bugünki etraz aksiyası zamanı polis və bir qrup  təxribatçı aksiya iştirakçılarının əlindən plakatları alıb, onları təhqir edib və kobud şəkildə fiziki güc tətbiq ediblər.
Aksiyanı işıqlandıran jurnalistləri də qanunsuz şəkildə hadisən yerindən uzaqlaşdırmağa çalışıblar.

KİV nümayəndələrinə qarşı qanunsuz güc tətbiqi nəticəsində 8 qadın-jurnalist bədən xəsarəti alıb, onlardan bəzilərinin aksiyanı işıqlandırdığı texnikası sındırılıb.
Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitutu hakimiyyəti ölkədə sərbəst toplaşmaq və ifadə azadlığını təmin etməyə, jurnalistlərin təhlükəsiz və maneəsiz fəaliyyətini təmin etməyə çağırır.

RATİ hakimiyyəti bütün vicdan məhbuslarını, o cümlədən hakimiyyətin tanınmış tənqidçisi, yeganə qadın-vicdan məhbusu Gözəl Bayramlını azad etməyə, vətəndaş cəmiyyətinin və siyasi müxalifətin sərbəst fəaiyyəti üçün bütün qanunverici əngəlləri aradan qaldırmağa, jurnalistlərə qarşı bütün cinayətləri araşdırmağa, bütün tənqidi səslərin təhlükəsizliyini təmin etməyə çağırır.

RATİ beynəlxalq ictimaiyyəti Azərbaycanda fundamental insan haqlarını pozanlara qarşı ciddi sanksiya tətbiqi barədə düşünməyə, həmçinin Aİ-ı strateji tərəfdaşlıq barədə müqavilənin hazırlığına dair danışıqlar prosesini dayandırmağa çağırır.

Paylaş:

This post was last modified on 9 Mart 2019 1:36 axşam

Share

Son Əlavələr

Pentaqon-Rotşildlər savaşı: Türkiyə və İngiltərə hansı gücün yanında yer alacaq? – ARAŞDIRMA

Ergün Diler “Takvim”, Türkiyə   Bunu bilməliyik ki, Türkiyə tarixin ən böyük müharibəsinin tam ortasındadır. Bunu indi görməyə, anlamaya, nəzərə almaya…

23 Mart 2019 2:59 axşam

Tramp Putinə işləyir, ya yox?

ABŞ-ın Ədliyyə Nazirliyi ötən gün bəyan edub ki, xüsusi prokuror Robert Müller Rusiyanın 2016-cı il ABŞ seçkisinə müdaxiləsinə, habelə ABŞ prezidenti Donald Trampın…

23 Mart 2019 2:08 axşam

Türkiyə Taleh Bağırzadənin tərəfdarını tutub Azərbaycana təhvil verdi

Anar Cabbarovun ''Bandotdel''-də saxlanıldığı bildirilir “Müsəlman Birliyi” Hərəkatının üzvü Anar Cabbarov Türkiyədə tutularaq, Azərbaycan hökumətinə təhvil verilib. Hazırda onun Bakıda…

23 Mart 2019 1:58 axşam

Avropa Məhkəməsindən Azərbaycanla bağlı 146 min avroluq qərar

Hökumət mülkiyyət hüququnu pozduğu vətəndaşa bu məbləğdə kompensasiya ödəməlidir Ədalət Axverdiyev Azərbaycana qarşı iş üzrə təzminat barədə Avropa Məhkəməsi qərarını…

23 Mart 2019 2:26 səhər

Eldar Sabiroğludan tükürpədən açıqlamalar: “Oğlumu lüt soyundurub üzünə, bədəninə tüpürüblər”

“Gözlərimiz həbsxana yollarından çəkildi. Kürdəxanı, Şüvəlan, Binə, Lənkəran, Şirvandakı zindanları gördük. Acı xatirələr çoxdur. Şirini isə heç yoxdur. Bütün günahsızların…

23 Mart 2019 2:18 səhər

Beytulla Hüseynov Eldar Mahmudovdan gileyləndi

Prezidentin imzaladığı əfv sərəncamı ilə azadlığa çıxanlar arasında “Bakı Telefon Rabitəsi” İstehsalat Birliyinin sabiq rəhbəri Beytulla Hüseynov da var. Qeyd…

23 Mart 2019 2:14 səhər
Xural.COM