RATİ Parisi İ.Əliyev qarşısında insan hüquqları məsələsini qaldırmağa çağırıb

Azərbaycan prezidenti İlham Əliyevin Parisə səfəri ərəfəsində Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu (RATİ) prezident Fransua Makrona və ölkə parlamentinə müraciət edib.

“Azərbaycan prezidenti İlham Əliyevin rəsmi səfəri ərəfəsində sizdən görüşlərinizdə Azərbaycanda söz azadlığı sahəsində problemləri qaldırmağınızı, habelə İlham Əliyevi bütün tənqidçilərini həbsdən azad etməyə çağırmağınızı xahiş edirik”, deyə müraciətdə bildirilir.

Fransa Azərbaycanla iqtisadi əməkdaşlığı fəal şəkildə genişləndirir, Fransanın aparıcı neft-qaz, aviasiya-inşaat və telekommunikasiya müəssisələri, həmçinin hərbi-sənaye kompleksinin müəssisələri Azərbaycanla çox milyonluq böyük müqavilələri fəal şəkildə həyata keçirirlər.

Bu əməkdaşlıq və Fransanın Avropa dəyərlərinin təşviqində aparıcı rolu fonunda sizi Azərbaycanda insan hüquqları, demokratiya, qanunun aliliyi və korrupsiyaya qarşı mübarizə sahəsində ciddi problemlərin həllinə böyük diqqət yetirməyə çağırırıq”, deyə müraciətdə qeyd edilir.

Müəlliflər Fransa prezidentindən və parlamentindən “Fransanın nüfuzlu beynəlxalq mövqeyindən istifadə etməyə və Azərbaycan rəhbərliyi ilə görüşlər zamanı onu bütün siyasi məhbusları və vicdan məhbuslarını həbsdən azad etməyə, Azərbaycanda insan hüquqları və demokratiya sahəsində pozuntulara göz yummaları məqsədilə Avropalı siyasətçilərin ələ alınması təcrübəsinə son qoymağa çağırmağı” xahiş edirlər.

Müraciəti RATİ-nin icraçı direktoru Emin Hüseynov imzalayıb.(turan.az)

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button