“Rauf Arifoğlu Arif Hacılının anasının yasına getməyini də dilinə gətirirsə…” – Müsavatdan ittiham

Son vaxtlar Müsavat partiyasının başqanı Arif Hacılı ilə “Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu arasında yaranmış ziddiyyətlər gündəmin başlıca müzakirə mövzularındandır

Politika.Az xatırladır ki, tanınmış jurnalist Əvəz Zeynallının “Qaynar qazan” layihəsində qonaq olan Arif Hacılının “Yeni Müsavat” qəzeti və onun baş redaktoru Rauf Arifoğlu haqda fikirləri tərəflər arasında əsl söz savaşına səbəb olub. Belə ki, Müsavat başqanı müsahibəsində “Yeni Müsavat” qəzeti ilə Müsavat partiyasının mövqelərinin fərqli olduğunu açıq şəkildə bildirib. Bundan başqa, A.Hacılı “Yeni Müsavat” qəzetinin və rəhbərliyinin hakimiyyətə təslim ulduğunu dilə gətirib. Bu isə qarşı tərəfin sərt təpkisinə səbəb olmaqla tərəflər arasında bəzən etik çərçivələri belə aşan polemikalara yol açıb.

Baş verənlərlə bağlı savash.org-a danışan Müsavat başqanının müavini Gülağa Aslanlı “Yeni Müsavat” qəzetinin rəhbərliyi və əməkdaşlarını təmsil olunduğu partiyaya və təşkilatın rəhbəri A.Hacılıya qarşı “qara piar” kampaniyası apamaqda suçlayıb:

“Təbii ki, burada ortaya maraqlı suallar çıxır. Bu illər ərzində onlar bütün bu dediklərini görmürdülərmi? Gördükləri an niyə istefa vermədilər? Qəzet və qəzetçi olaraq illərdir mətbuat azadlığı haqqında danışırlar. Əgər bir tənqidə dözümlü yanaşa bilmirlərsə, tənqidə cavab vermək əvəzinə, təhqir və böhtanlar yazırlarsa, onlara yazıqlar olsun. Bir də ki, R.Arifoğlu A.Hacılı ilə yaxın olduqları zaman onun üçün etdiklərini, daha doğrusu, A.Hacılının anasının yas mərasiminə getdiyini dilə gətirirsə, mən bunu bütün çərçivələrin dağılması hesab edirəm”.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button