Rauf Arifoğlu doğum günündən yazdı: “Erməniyə güllə, rusa yumruq sıxdım…”

Rauf Arifoğlu

“Yeni Müsavat” media qrupunun rəhbəri

 

Rauf Arifoğlu 53 yaşının tamam olması münasibətilə doğum günündən yazıb. Özünün facebook statusunda qələmə alınan yazıda maraqlı və düşündürücü məqamlar var. Xural.com Rauf Arifoğlunun facebook statusunu təqdim edir:

 

53!

 

Yaşadıq, yaşlandıq. Savaşlar, qələbələr, məğlubiyyətlər, itkilər, zindanlar, dostluqlar, düşmənliklər , xəyanətlər, ağrılar, sevinclər gördük. Ömrümün 31 ilini siyasətə, 30 ilini mətbuata – “Yeni Müsavat”a xərclədim.

Bütün sərmayələrim ömrümdən oldu. Dividentlərimi əlahəzrət Tarix ödəyəcək, hər halda…

Övladlarımı vətən, Vətəni Anam kimi sevdim. Dostluqlara və Sözə sadiq oldum! Savaşdan və Düşməndən qorxmadım. Fırtınalı, enişli-yoxuşlu bir həyat yaşadım; ya da o “Həyat” dediyim məni yaşadı, yaşayır…

Allaha inandım, bəndəni sevdim. Erməniyə güllə, rusa yumruq sıxdım…

Azadlıq Meydanında 17 gün, Vətənin türmələrində 17 ay yatdım… Şükrançıyam!

Bir də, bitməyən “Yeni Müsavat” sevdası – missiyası var! Milli Hərəkatın böyük və bugünlərə qədər bölünmədən, dağılmadan salamat qalan tək layihəsi. Məni hər yerə aparan da Odur!

Ötən illərdən qalma fotolardan boylanan qarasaqqal bir gənc var. İnadcıl, savaşçı, qorxusuz.

23 yaşında bir qəzet qurdu, həm də bir partiya; 53 yaşında bu sətirləri yazdı. Amma çox sözləri yazmadı… Müdrikləşib, çünki gələcəyə planı və ümidləri var…

Mən o gənci içimdə gizlədim, çox da uzaqda deyil.

Siyasətin daş dövrüdü, hərənin əlində bir daşlı kəltən var; qoruyum, dedim, onun GƏLƏCƏYİ gələnə qədər mənə, ağsaqqalda əmanətdi…

Dünya bir dəyirman daşıdı.

Dəyirman daşı fırlanır…

 

Xural.com

 

Xural.com ailəsi olaraq hörmətli Rauf Arifoğlunu doğum günü münasibətilə təbrik edirik! Gələn ömrü gedən ömründən mənalı olsun!

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button