Rauf Arifoğlunun təbliğat materialları 7.500 evə çatdırılıb

Deputatlığa namizədlər arasında bir ilk – bütün təbliğat materialları ev-ev paylanır

35 saylı Xətai üçüncü seçki dairəsindən deputatlığa namizəd Rauf Arif oğlu Abbasovun təbliğat kampaniyası son sürətlə davam edir. Kampaniya çərçivəsində R.Arifoğluna aid təbliğat materialları – yəni xüsusi buraxılış, R.Arifoğlunun seçki platforması, üzərində R.Arifoğlunun fotosu olan təqvim, qələm ev-ev paylanıb. Xüsusi buraxılışda namizəd haqqında bütün məlumatlar, eyni zamanda onun barəsində öz fikrini deyən ölkənin tanınmış ictimai-siyasi xadimləri, tanınmış köşə yazarlarının R.Arifoğlu haqqında yazıları, eləcə də namizədin öz müsahibəsi yer alıb.

Bu günə qədər içində bu material olan torbalar tam 7500 evə çatdırılıb. Bu isə hər ailədə 4-5 nəfərin olduğunu nəzərə alsaq, 30 min seçiciyə çatmaq, onları bu təbloğat materialları ilə tanış etmək deməkdir.

Sözügedən materialların ailələrə çatdırılması üçün eyni vaxtda 10 qrupumuz ərazi üzrə fəaliyyət göstərir. Hər qrup 370 ailə ilə danışır.

Deputatlığa namizədlər arasında ilk dəfə bu texnologiyadan istifadə edən Rauf Arifoğlu bununla da artıq minlərlə insanı öz təbliğat materialları ilə tanış edib və onlara öz platformasını, özünü təqdim edib.

Təbliğat kampaniyamız davam edir.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button