Rauf Talışınski ilə vida mərasimi

Mayın 9-da günorta Təzəpir məscidində “Exo” qəzetinin redaktoru Rauf Talışınski ilə vida mərasimi olub. 61 yaşlı R.Talışınski ötən gecə vəfat edib.

Mərasimdə Raufun doğmaları və yaxınları. jurnalist həmkarları, bir sıra dövlət məmurları iştirak ediblər. Onların arasında Səbayel Rayon İcra Hakimiyyətinin başçısı Eldar Əzizov və Dövlət Sərhəd Xidməti rəisinin müavini Fərhad Tağızadə olub.

R.Talışınski “Qurd qapısı” qəbiristanlığında dəfn edilib.

Ölkədə rus dilində nəşr edilən aparıcı qəzetin redaktorunun kim olacağı məsələsi hələlik açıq qalır. (turan.az)

 

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button