Rubrikalar: KRİMİNAL XuralTAC

Razim Məmmədovun həbs edilən əmisi oğlu danışdı

Xətai Rayon İcra Hakimiyyətinin sabiq başçısı Razim Məmmədovun əmisi oğlu növbəti dəfə məhkəmə önünə çıxarılıb.

Xural.com musavat.com-a istibadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində rüşvət almaqda təqsirləndirilən Xalid Məmmədovun məhkəməsi davam etdirilib.

Xalid Məmmədov həbs edilənə qədər Xətai rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin rəis müavini işləyib.

Hakim Mahmud Ağalarovun sədrliyi ilə keçirilən prosesdə Xalid Məmmədov özünü təqsirli bilmədiyini deyib və sərbəst ifadə verib.

27 yaşlı Xalid Məmmədov 2017-ci ildən Xətai rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin sədr müavini işlədiyini bildirib.

X.Məmmədov deyib ki, rəisi Əvəz İsmayılov olub. Bildirib ki, işi məhəllə daxili küçələrin, əsas yolların kənarının və məişət tullantılarının təmizləməsinə nəzarət etmək olub.

İcra başçısının qohumu ona qarşı elan olunmuş 50 min manatın rüşvət ittihamından da danışıb.

Özünü təqsirli bilməyən Məmmədov deyib: “Maşınımın ustası İlham Məlikov var idi. 2018-ci il fevral ayında mənə zəng etdi ki, dostu Elsevər tikinti işinə görə mənim yanıma gələcək. Ona dedim ki, tikinti mənlik deyil, o isə məsləhət almaq istədiklərini dedi. Sonra gəldilər, danışdıq, bizim ərazidə torpaqda tikinti işləri görmək istəyirdi. Gedib əraziyə baxdım, dedim, burda tikinti üçün Bakı Şəhər İcra Hakimiyyətindən icazə almalısan. Oradan da sərəncam verilməlidir, layihə təsdiqlənməlidir”.

Xalid Məmmədov baş verənlərdə özünün yox, digər vəzifəli şəxslərin günahının olduğunu qeyd edib: “May ayında 97 saylı MKİS-in sədri Arif Gülgəzov zəng edib dedi ki, həmin ərazidə bünövrə qazılır. Mən orda işi dayandırdım. Səhəri gün İlhamla Elsevər yanıma gəldilər. Elsevər dedi ki Bakı Şəhər İcra Hakimiyyətindən sərəncam alacam. Səhəri gün Əmlak Komitəsi və BŞİH-dən sənədlər gətirdi. Dedim, bunlar saxtadır, şübhələndim. Buna görə də tanışım Qaçayın yanına göndərdim ki, layihə çəksin və meriyada təsdiqlətsin. İyun ayında Fövqəladə Hallar Nazirliyinin və Bakı Şəhər İcra Hakimiyyətinin tikintiyə nəzarət üzrə vəzifəli şəxsləri əraziyə gəlmişdilər. Mən də ora getdim, meriyanın işçisindən soruşdum ki, bunların sənədləri qaydasındadırmı? Dedi, bütün sənədləri düzdü, sonra da tikintiyə davam etdilər. İki ay sonra da Bakı Şəhər İcra Hakimiyyətindən Zülfəli İsmayılov gəlib tikintini dayandırdı. Mən də Arif Gülgəzovdan Elsevərin bizə verdiyi sənədlərin surətini alıb Zülfəli müəllimə verdim. Sonra da bu hadisələr baş verdi”.

Suallara cavab verən X. Məmmədov sürücüsünün zərərçəkmiş kimi tanınan Elsevər Rufullayevdən 50 min manat almadığını deyib.

İttihamda göstərilir ki, Xalid Məmmədov Xətai rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin rəis müavini işləyərkən qulluq mövqeyindən sui-istifadə edərək, bir sıra qanunsuz tikililərə icazə verib, rüşvət alıb. Bu əməlinə görə ona qarşı Cinayət Məcəlləsinin 311-ci (rüşvət alma), 34, 312-ci (rüşvət verməyə təhrik etmə), 178-ci (dələduzluq) maddələri ilə ittiham irəli sürülüb.

Amma X.Məmmədov elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. X.Məmmədova sərbəst ifadə vermək imtina edib.

Xalid Məmmədov Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Məlumata görə, o, Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən Baş Prokurorluğa təqdim olunmuş materiallar əsasında həbs edilib. Xalid Məmmədov Xətai rayonunda bir sıra qanunsuz tikililərə görə və rüşvət almada təqsirli bilinir.

Bildirək ki, Xalid Məmmədov icra başçısı olmuş Razim Məmmədovun göstərişi ilə rayon ərazisində aparılan tikintilərə nəzarət edirmiş.

Paylaş:

Share

Son Əlavələr

  • GÜNDƏM
  • XuralTAC

“26-lar” kafesinin sahibinin oğlu, “Gelandevagen”li Qasımov niyə bıçaqlanıb?

Sökülən qalmaqallı "26-lar" kafesinin sahibinin oğlu və dostu bıçaqlanıb. Onları bıçaqlayan da elə öz dostları imiş. Musavat.com-un eksklüziv olaraq əldə…

21 Oktyabr 2019 12:41 səhər
  • GÜNDƏM
  • XuralTAC

BŞBPİ: “Təşkilatçılar və fəal iştirakçılar da daxil olmaqla 60 nəfər saxlanılıb”

Bakı Şəhər Baş Polis İdarəsi Milli Şuranın aksiyası ilə bağlı məlumat yayıb. İdarədən verilən məlumatda bildirilir ki, özünü Demokratik Qüvvələrin Milli Şurası adlandıran…

19 Oktyabr 2019 7:56 axşam
  • GÜNDƏM
  • MANŞET
  • XuralTAC

Pənah Hüseyn həbs olundu!

Bakıda sanksiyasız aksiyalar keçirilən zaman prosesi müşahidə etmək üçün şəhərin mərkəzinə gələn sabiq baş nazir Pənah Hüseyn saxlanılıb. Bu barədə…

19 Oktyabr 2019 7:50 axşam
  • GÜNDƏM
  • XuralTAC

Əli Kərimlinin həbs olunduğu bildirilir

Partiya sədri mitinqə getmək üçün evindən çıxarkən zorla maşına mindirilib AXCP sədri Əli Kərimlinin zorla maşına mindirilərək aparıldığı bildirilir. Məlumatı…

19 Oktyabr 2019 7:40 axşam
  • GÜNDƏM
  • KÖŞƏ YAZARLARI
  • XuralTAC

Sevil Nuriyeva yazır: “Türk Birliyinin qurulması şərt oldu”

Sevil Nuriyeva İsmayılov snuriyeva@stargazete.com İstanbul, “Star” qəzeti   Elimizde öteden beri ciddi argümanlardan biri var. Orta Asya, Kafkasya, Türkiye ve…

19 Oktyabr 2019 11:51 səhər
  • GÜNDƏM
  • XuralTAC

İşdən azad olunan müəllimədən İlham Əliyevə ritorik suallar…

Dillər Universitetinin rektoru Kamal Abdullanın uydurma bəhanələrlə işdən çıxardığı Pərvin Mürsəlova İlham Əliyevin keçirdiyi son müşavirədən sonra maraqlı status paylaşıb.…

19 Oktyabr 2019 4:26 səhər
Xural.COM