Razim Məmmədovun qardaşı da işdən çıxarıldı

Xətai rayon İcra hakimiyyətinin sabiq icra başçısı Razim Məmmədovun qardaşı işdən azad olunub.

Bu barədə Unikal.org saytı xəbər yayıb. Xəbərdə deyilir ki, sabiq icra başçsının Vergilər Nazirliyinin 3 saylı Ərazi Vergilər İdarəsinin Kiçik sahibkarlıqla iş şöbəsinin rəhbəri işləyən qardaşı Mübariz Məmmədov işdən çıxarılıb.

Xatırladaq ki, R.Məmmədov ötən ilin dekabrın 13-də Xətai İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad olunub.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button