“Reaksiya” TV-nin yayıma başlamasından 3 il ötür

Zaur Qəriboğlu: "Bu tarix mənim üçün çox şirin və əzizdir..."

“Reaksiya” TV əsas yayım platforması “Youtube” üzərindən 2018-ci ilin iyulun 1-də fəaliyyətə başlayıb.

“Reaksiya” TV “Youtube” kanalının 242 mindən çox izləyicisi var. Qeyd edək ki, “Reaksiya” TV müstəqil, baxımlı və sevilən internet televiziyadır. Kanalın təsisçisi, Reaksiya Media Qrupunun rəhbəri Zaur Qəriboğluöz FB səhifəsində belə yazır:

“1 iyul 2021 – ci il… Bu tarix mənim üçün çox şirin və əzizdir. Düz 3 il bundan öncə Youtube platforması üzərindən 0 abunəçi ilə Reaksiya TV adıyla yayıma başladıq. İlk dəfə videolarımızın baxışı 100 nəfərə çatanda, necə sevinirdik… Yaxşı, xatırlayıram, abunəçi sayımız 100 nəfərə çatanda,böyük bir sevinc yaşamışdıq…
İlk gündən: “Tam tərəfsiz, müstəqil, Azərbaycanda hadisələrə milli reaksiya verən internet televiziyası” deyərək, yola çıxdıq. Bu iki il ərzində gecələri yuxusuz qalaraq, texnikasız, 2011 – ci ildən qalan köhnə, işləyəndə traktor səsi çıxaran komputerlə, adi həvəskar fotoaparatı kamera əvəzi istifadə edərək, iki il ərzində milyonlarla ümumi baxış sayı, 242.000 – dən çox daimi abunəçi sayı toplayaraq, əslində, hər kəsə sübut etdik ki, 1 manat belə, kənardan dəstək almadan da ictimai fikrə təsir etmək, müstəqil olmaq olar!
Bu gün artıq Reaksiya TV Azərbaycanda fəaliyyət göstərən tam müstəqil internet televiziyası olaraq, auditoriya toplaya bilib. Sevindirici hal ondadır ki, bizim izləyicilərimizin 80%-i ölkədədir və millətini, dövlətini sevən auditoriyadır. Bu iki il ərzində bizə dəstək olan hər kəsə təşəkkür edirik, özüm isə bu ağır işdə mənimlə çiyin-çiyinə çalışan əməkdaşlarımıza – dostlarıma xüsusi minnətdarlığımı bildirir, bu yolda bizə yar və yardımçı olan ALLAHa min şükür edirəm!”

Xural Media Qrupunun rəhbəri Əvəz Zeynallı yazır: “Dostum qardaşım Zaur Qəriboğlunun rəhbəri olduğu, Xural TV-nin qardaşı Reaksiya TV-nin yayına başlamasının 3 ili tamam olur. Bu ölkədə 3 il hadisələrə milli reaksiya vermək olduqca məşəqqətli işdir. Sevinirəm ki, müstəqil medianın sıralarında Reaksiya TV var və inanıram ki, onun ömrü uzun olacaq. Azı 13, 23 illiyini birlikdə qeyd edəcəyik. Reaksiya TV-nin möhtəşəm kollektivini bir daha təbrik edirəm!”

Xural.com kollektivi “Reaksiya” TV-də çalışan həmkarlarımızı, başda dostumuz və qardaşımız Zaur Qəriboğlunu səmimi qəlbdən təbrik edir, azad medianın qurulması istiqamətində aparılan mübarizədə onunla hər zaman çiyin-çiyinə, arxa-arxaya olmağı arzulayırıq.

xural.com

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button