“Real Cümhuriyyətçilər İttifaqı” yaradılıb

ReAL Partiyası seçkilərdə blok şəklində iştirak edəcək

ReAL Partiyası 9 fevral növbədənkənar parlament seçkilərində blok şəklində iştirak edəcək.

Bu barədə partiyanın sədri İlqar Məmmədov dekabrın 11-də keçirdiyi brifinqdə açıqlama verib.

İlqar Məmmədov seçki blokunun “Real Cümhuriyyətçilər İttifaqı” adlandığını bildirib:

“Bloka yalnız partiya üzvləri deyil, eləcə də müstəqil namizədlər daxil olacaq. Milli Məclisə seçildiyimiz təqdirdə də blok şəklində fəaliyyət göstərəcəyik”.

İlqar Məmmədov bloka onların mövqeyini dəstəkləyən başqa qurumların da daxil ola biləcəyini vurğulayıb:

“Müraciət olunsa, məsələyə baxılacaq və müvafiq qərar qəbul ediləcək”.

Partiya sədri yaxın günlərdə seçkiqabağı koalisiya üzvlərinin yeni adlarının açıqlanacağını və ümumilikdə ReAL-ın 42 namizədlə prosesə qatılacağını deyib.

O, digər siyasi partiyalarla əməkdaşlığı istisna etməyib.

Brifinqdə həkim Vasif İsmayılı və XİN və BP şirkətinin keçmiş əməkdaşı Elçin Haqverdiyev blokun namizədi kimi təqdim edilib.

Milli Məclis dekabrın 2-də buraxılması üçün Prezidentə müraciət edib. Prezident müraciəti qəbul edib və 2020-ci il fevralın 9-na növbədənkənar parlament seçkisi təyin olunub.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button